Ziyalılar yazıçı-publisist İradə Aytelə ev verilməsi üçün Prezidentə məktub ünvanladı

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
surəti:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya
surəti:
KİVDF sədri
Əhməd İsmayılova

Möhtərəm Prezident cənab İlham Əliyev!

Yazıçı-jurnalist İradə Aytel barədə bu məktubu Sizə ünvanlamaqla, ədəbiyyat və incəsənət xadimlərinə böyük diqqətinizə güvənir, müraciətimizə etinasız yanaşmayacağınıza inanırıq. İ.Aytelin yazıçılıq və jurnalistlik fəaliyyətindən iyirmi ilə yaxın vaxt keçir. 2002-ci ildə Gəncədə “Pirsultan nəşriyyatı”nda redaktor kimi əmək fəaliyyətinə başlayan İ.Aytel, sonra “Elin Səsi” qəzetində redaktor, “Töhfə” qəzetində baş redaktor, “XXI əsr” qəzetində bölgə müxbiri, “Simurq TV”də aparıcı, “Kəpəz TV”də redaktor, “ArbAran tv”də müəllif və aparıcı işləyib.
İ.Aytelin bədii, publisitik və elmi əsərləri “Bağışla”, “Qanlı öpüşlər”, “Partizanın acı həqiqətləri”, “Bir cüt qızılgül”, “Seyfəlli şəhidləri ”, “Sədnik Paşa Pirsultanlı nəsri ” və digər kitablarında toplanıb. Ümumən, indiyə qədər 10 kitabı işıq üz görüb.
2010-cu ildən Bakıya gələn yazıçı-jurnalist “Kultur.az” əbədi internet dərgisinə baş redaktorluq edir, “Səsli kitab” internet layihəsində görmə əngəlli şəxslərə kömək etmək üçün milli və dünya ədəbiyyatından seçmə nümunələri öz ifasında səsləndirir, “Baxça. tv” internet kanalında Azərbaycanda və ölkədən kənarda yaşayan azyaşlı uşaqlara vətənimizi tanıtmaq və sevdirmək üçün online dərslər aparır. Onun ədəbi və bədii yazıları ölkəmizin sərhədlərindən kənarda – Türkiyə, Rusiya, Özbəkistan, İran, Gürcüstan, İzrail, Almaniya və digər ölkələrdə yayınlanıb. Yazıçı Türkiyənin İzmir şəhərində yerləşən və dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən Uluslararası Aktivist Sanatçılar Birliyinin 2013-cü ildən etibarən üzvü və Azərbaycan üzrə mətbuat katibidir. Məhsuldar publisist fəaliyyətinə görə 2011-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan İ.Aytelin ədəbi-bədii yaradıcılığı Azərbaycan Yazıçılar Birliyi rəhbərliyinin də diqqətini cəlb edib və o, 2015-ci ildə AYB üzvlüyünə qəbul edilərək, 2020-ci ildə Sizin imzaladığınız sərəncamla yazıçılar üçün nəzərdə tutulan Prezident təqaüdünə layiq görülüb.
İ.Aytelin istər respublika daxilində, istərsə də onun sərhədlərindən kənarda jurnalistlik, bədii və ictimai fəaliyyətində bir ana mövzu, bir aparıcı xətt var – milli-mədəni ənənələrimiz və dövlətçiliyimiz uğrunda mübarizə. Amma çox təəssüf ki, bütün yaradıcı həyatını xalqa, dövlətə, vətənə həsr edən bu yazıçı-jurnalsitin indiyə qədər şəxsi mənzili yoxdur. Otuz ilə yaxındır ki, şəraitsiz kirayə evlərdə yaşamaqdan onun səhhətində ciddi problemlər yaranıb. 2011-ci keçirdiyi ağır qəza nəticəsində aldığı kəllə-beyin travması isə bu problemləri ildən-ilə daha da kəskinləşdirir.
Cənab Prezident!
Biz – aşağıda imza edənlər xahiş edirik ki, iyirmi illik fəaliyyətini, səhhətindəki ciddi problemləri nəzərə alıb, jurnalistlər üçün ayrılmış binadan İ.Aytelə də mənzil verilməsinə kömək edəsiniz. Göstərəcəyiniz köməyə görə burda imza edən və etməyən bütün yazarlar və jurnalistlər, elm, incəsənət və dövlət adamları adından Sizə ürəkdən gələn səmimi minnətdarlığımızı bildiririk.
14. 07. 2020

1. Sabir Rüstəmxanlı, Millət Vəkili, Xalq şairi
2. Aqil Abbas, Millət Vəkili, yazıçı
3. Kamal Camalov, Naxçıvan Muxtar Respublikası Ali məclisinin deputatı, pedaqoji elmlər doktoru, Əməkdar müəllim, AYB üzvü
4. Nizaməddin Şəmsizadə, filologiya elmləri doktoru, professor
5. Nəsir Əhmədli, filologiya elmləri doktoru, professor
6. İdris Abbasov, filologiya elmləri doktoru, professor
7. Aida Qasımlı, filologiya elmləri doktoru, professor
8. Akif Abbasov, pedaqoji elmlər doktoru, professor
9. Arzuman Muradlı, iqtisadiyyat elmləri doktoru
10. Zülfiyyə Eldarqızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiarət ustası
11. İlham Namiq Kamal, Xalq artisti
12. Ramiz Əzizbəyli, Xalq artisti
13. Sabir Məmmədov, Xalq artisti
14. Arıf Qulıyev, Xalq artisti
15. Əlisahib Hüseynov, Demokratik Azərbaycan Dünyası partiyasının sədri
16. Qərib Mehdi, Əməkdar jurnalist, yazıçı
17. Əbülfət Mədətoğlu, “Ədalət” qəzetinin baş redaktorunun müavini, AYB üzvü, şair
18. Rafiq Yusifoğlu, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi, “Göyərçin” jurnalının baş redaktoru, AYB üzvü, şair
19. Məzahir Hüseynzadə, Əməkdar Mədəniyyət işçisi, AYB üzvü, şair
20. Bilal Alarlı, filologya elmləri doktoru, AYB üzvü, şair
21. Ağalar Bayram, Əməkdar artist, bədii qiraət ustası
22. Nüşabə Əsəd Məmmədli, Əməkdar jurnalist, AYB üzvü, yazıçı
23. Xəzangül Hüseynova, Əməkdar Mədəniyyət işçisi, AYB Gəncə filialının sədri, şair
24. Ziyadxan Əliyev, Əməkdar İncəsənət xadimi, sənətşünas
25. Əsəd Cahangir, “Azərbaycan” jurnalı baş redaktorunun müavini, ədəbi-tənqidçi
26. Vəli Xramçaylı, AYB üzvü, şair
27. Adilə Nəzər, filologya üzrə fəlsəfə doktoru, AYB üzvü,şair
28. Təranə Turan Rəhimli, filologiya üzrə fəlsəfə doktoru, AYB üzvü, şair
29. Rüstəm Behrudi, AYB üzvü, şair
30. Xanım İsmayılqızı, AYB və AJB üzvü, şair, bəstəkar
31. Sahib İbrahimli, Əməkdar mədəniyyət işçisi, AYB üzvü, şair
32. İbrahim İlyaslı, Ə.Kərim adına Sumqayıt Poeziya Evinin müdiri, AYB üzvü, şair
33. Orxan Fikrətoğlu, Əməkdar İncəsənət xadimi, AYB üzvü, yazıçı
34. Qulu Ağsəs, “Ulduz” jurnalının baş redaktoru, AYB üzvü, şair
35. Faiq Balabəyli, “Müstəqil. az” saytının baş redaktoru, AYB üzvü, şair
36. Qılman İman, “Göyçə.az” saytının baş redaktoru, AYB üzvü, şair
37. Arif Məmmədov, “Nyus.az” saytının baş redaktoru
38. Akif Əhmədgil, AYB üzvü, şair
39. Eyyub Qiyas, AYB üzvü, yazıçı
40. Fatma El Abaidi, şair (İraq)
41. Səid Ayami, şair (İran)
42. Ümit Yaşar İşıkhan, Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB) başkanı, şair (Türkiyə)
43. Nəvai Metin, UASB-nin Azərbaycan təmsilçisi və rəsm komitəsi başkanı, rəssam
44. Mamik Kibarkaya, rəssam (Türkiyə)
45. Yaşar Çallı, rəssam (Türkiyə)
46. Kamber Kamber, rəssam (Bolqarıstan)
47. Süleyman Şahin (Çoban rəssam), (Türkiyə)
48. Hülya Sezgin, rəssam, jurnalist (Türkiyə)
49. Asif Cəfərli, AYB Beyləqan filialının sədri, yazıçı-publisist
50. Güləmail Murad, AYB üzvü, şair
51. Aləmzər Əlizadə, AYB üzvü, şair-dramaturq
52. Vəli Qaraçaylı, AYB üzvü, şair
53. İlham Qəhrəman, AYB üzvü, şair
54. Musa Ələkbərli, AYB üzvü, şair
55. Eyvaz Zeynalov, AYB üzvü, yazıçı
56. Əlabbas Bağırov, AYB üzvü, yazıçı
57. Aslan Quliyev, AYB üzvü, yazıçı
58. Gülnar Səma, AMEA-nın əməkdaşı, AYB üzvü, şair
59. Vidadi Hüseynov, telejurnalist
60. Əzizə Ağahüseynqızı, AYB üzvü, şair
61. Nazilə Gültac, AYB üzvü, şair
62. Aləm Kəngərli, AYB üzvü, şair
63. Şəfəq Sahibli, AYB üzvü, şair
64. Narıngül Nadir, AYB üzvü, şair
65. İradə Əlili, AYB üzvü, şair
66. Qəzənfər Məsimoğlu, AYB üzvü, şair
67. Aləmzər Sadiqqızı, AYB üzvü, şair-publisist
68. Allahşükür Ağa, AYB üzvü, şair
69. Anar Amin, AYB üzvü, şair
70. Müşfiq Şükürlü, AYB üzvü, şair
71. Rövşən Budaq, AYB üzvü, şair
72. Raqif Budaqov, AYB üzvü, şair
73. Vəliyəddin Əhmədbəy, AYB üzvü, şair
74. Fazil Əsəd, AYB üzvü, şair
75. Ağa Savalan, AYB üzvü, şair
76. Mirzəli Məmməd, AYB üzvü, şair
77. Allahverdi Kərimoğlu, AYB üzvü, şair
78. Elşad Barat, şair-publisist
79. Mirvari Qarabağlı, AYB üzvü, şair
80. Səmədxan Beyləqanlı, AYB üzvü, şair
81. Pərviz Axundov, AYB üzvü, şair
82. Elnur Uğur Abdiyev, AYB üzvü, şair
83. Almaz Bəyazid, AYB üzvü, yazıçı
84. İltimas Səmimi, AYB üzvü, şair
85. Faiq Hüseynbəyli, AYB üzvü, şair
86. Nəcibə İlkin, AYB üzvü, şair
87. Gülbala Teymur, AYB üzvü, şair
88. Sənəm Səbayel, AYB üzvü, şair
89. Elşən Əzim, AYB üzvü, şair
90. Cəlil Cavanşir, yazıçı-publisist
91. Elvin Bakiroğlu, AYB üzvü, şair
92. Namiq Zaman, AYB üzvü, şair
93. Qalib Şəfahət, AYB üzvü, yazıçı
94. El Roman, şair
95. Etibar Qoca, rəssam
96. İlham Qazaxlı, AYB üzvü, şair
97. Mansur Rəğbətoğlu, “Teleqraf.com” saytının əməkdaşı, yazıçı-publisist
98. Nihat Piriyev, yazıçı
99. Arif Pənahoğlu, şair-tərcüməçi (Almaniya)
100. Əfşan Yusifqızı, yazıçı
101. Əli Rzazadə, şərqşünas, pedaqoq
102. Ümbülbanu Hacıyeva, AYB üzvü, yazıçı
103. Aydın Murovdağlı, AYB üzvü, şair
104. İnqilab İsaq, AYB üzvü, şair
105. Elməddin Nicat, AYB üzvü, şair
106. Mikayıl Yanar, AYB üzvü, şair
107. İlham Zamanoğlu, AYB üzvü, şair
108. Südabə Sərvi, AYB üzvü, yazıçı
109. Zaur İlhamoğlu, AYB üzvü, şair
110. Fazil Sənan, AYB üzvü, yazıçı
111. İman Cəmilli, AYB üzvü, şair
112. Şəlalə Göytürk Niaqara, AYB üzvü, publisist
113. Gülnarə Sadiq, AYB üzvü, şair
114. Elvin Əlizadə, AYB üzvü, şair
115. Ramiz Hümmətov, jurnalist
116. Vahid Coşqun, şair
117. Anar Gülümsoy, şair
118. Ramiz Təmkin, AYB üzvü, şair
119. Tahir Əliyev, kinorejissor
120. Bəyanət Qasımov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Gəncə bölməsinin sədri
121. Nəzmiyyə Hicran, AYB üzvü, şair
122. Məmməd Sahib Camal, AYB üzvü, şair
123. Əziz Qəmbərov, vəkillər kollegiyasının üzvü
124. Zaur Bayramlı, politoloq (Amerika)
125. Züleyxa Nadir, jurnalist
126. Fazil Sənan, AYB üzvü, yazıçı
127. İmamverdi Məmmədov, AYB üzvü, şair
128. Rəhim Qurbani, AYB üzvü, şair
129. Bayram Göyçəli, AYB üzvü, şair
130. İqbal İsmayılov, AYB üzvü, şair
131. Aybəniz Mövsümova, Əməkdar müəllim, AYB üzvü, şair
132. İlham Musaoğlu, Əməkdar müəllim, AYB üzvü, şair
133. Fərruxə Umarova, AYB və AJB üzvü, yazıçı
134. Kənan Məmmədov, AYB üzvü, şair
135. Samirə Səma, AYB üzvü, şair
136. Oğuz Aydın, AYB üzvü, şair
137. Şəfa Vəli, AYB üzvü, şair
138. Hüseyn Hatəmi, AYB üzvü, şair
139. Ələsgər Əlioğlu, AYB üzvü, şair
140. Səbuhi Rəfibəyli, AYB üzvü, şair
141. Qivami Qazıyev, AYB üzvü, şair
142. Elmar Vüqarlı, AYB üzvü, şair
143. Elman Tovuz, şair, AYB üzvü
144. Həcər Paşayeva, yazıçı
145. Günel Natiq İshaq, yazıçı
146. Ramin Hacılı, publisit
147. Etibar Muradxanlı, AYB üzvü, yazıçı
148. Pərvanə Məmmədli, AMEA-ını əməkdaşı, filologoya üzrə fəlsəfə doktoru

Share: