Atatürk belə 11 il gözlədi – Qalından kritik açıqlama

Əsas sual Aya Sofyanın niyə 1934-cü ildə muzeyə çevrilməsidir.

Müstəqil.Az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.

Türkiyə Cümhuriyyətinin 1923-cü ildə yarandığını xatırladan Qalın bunları söyləyib:

“Atatürk belə 11 il gözlədi. Bu məsələ tarixi baxımdan araşdırılmalıdır. Aya Sofya o dövrdən bəri müsəlmanlar üçün vacib mövzu olub. Dəfələrlə məscidə çevrilməsi ilə bağlı çağırışlar edilib.

Aya Sofya əvvəlcə kilsə, sonra məscid, daha sonra muzey kimi istifadə edilib. Və indi yenidən məscid kimi istifadə olunacaq. Buranın funksiyasına ən yaxını ibadət yeri olmasıdır”.

Samir Soltanov

Share: