“Dəlinin başında palıd ağacı”…

Murad KÖHNƏQALA

Davam edin, Elza xanım! Amandı, dəyişməyin!!

Tanınmış şair-publisist Murad Köhnəqala Respublikanın əməkdar artisti Elza Seyidcahanın özgürlüyü, səmimiliyi haqda xoş sözlər yazıb.
Müstəqil. Az tanınmış şairin fikirlərini təqdim edir:

Bu xanıma həmişə simpatiya bəsləmişəm. Yazdığı şeirlərdən tutmuş, bəstələrinə, oxuduğu mahnılarına, heyvanların müdafiəsi günü heyvanların qarşısında oxumasına, saç düzümünə qədər – mənim üçün hamısı maraqlıdı. Psixoanalitiklərin fikrinə görə hər bir insanın daxilində özünəməxsus dəliliklər var, lakin onu boğub hər dəfəsində üzə çıxmağa qoymuruq.

Şəxsən mən vaxtından əvvəl müdrikləşmiş gəncliyi çətin qəbul edirəm. Bu mənada, Elza xanım içindəki pozitiv, heç kimə zərər toxundurmayan, cəmiyəti bozluqda boğulmaqdan xilas eləyən daxili çılğınlığının qarşısını almır, həddən aşırı səmimi olduğuna görə o pozitiv enerji yayan daxili dəliliyini cəmiyətdən gizlətmək haqda heç düşünmür də. 


Sonuncu dəfə yaşıl budaqlardan düzəldilmiş saç düzümü ilə canlı ekrana çıxanda da bilirdi ki, onun haqda “dəlinin başında palıd ağacı” filan deyib güləcəklər. Qoy gülsünlər! Elza xanım belə düşünür: qoy gülsünlər, kreativ tapıntılara öyrəşsinlər, şənlənsinlər, gülmək ağlamaqdan min dəfə yaxşıdı!
Davam edin, Elza xanım! Amandı, dəyişməyin!!!

Tural Balabəyli

Share: