Gənc şair Nizami Bayramlının yeni kitabının “online” təqdimatı keçirildi… – FOTO

Müstəqil.Az xəbər verir ki,gənc şair NİZAMİ BAYRAMLININ yeni şeirlər kitabı çapdan çıxıb.

Nizami Bayramlı 1998-ci ildə Ağdaşın Kotavan kəndində anadan olub.

Bakı Slavyan Universitetinin “Türk Araşdırmaları Mərkəzində” işləyir.Universitetin “Gənc Yaradıcılar klubunun” sədr müavinidir.

Vay-Fayın çəkmədiyi yerdəyəm” adlı şeirlər kitabı müəllifin oxucularla ilk görüşüdür.

Dünən Zoom mobil tətbiqi vasitəsilə gənc şairin kitabının təqdimatı keçirilib.

Nizami Bayramlı özü haqqında məlumat verib və bir neçə şeirini dinləyicilər üçün səsləndirib.

Sonra təqdimata Sadəgül Baloğlanova, Fidan Məsimli,Nərmin Əhmədova, Ali Rüzgar, Şairlərdən Fuad Səyyah, Aysel Xanlarqızı Səfərli və başqaları da qatılaraq öz ürək sözlərini, kitab haqqında fikirlərini bildirib, gənc şairə yaradıcılıq uğurları diləyiblər.

 

Müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edir,yaradıcılıq yollarında uğurlar diləyirik.

 

 

Müstəqil.Az

Aysel Səfərli

Sin descripción disponible.

Sin descripción disponible.

Sin descripción disponible.

 

Share: