Tağıyevin Ənvər Paşaya bağışladığı bina… – Vəsiyyət

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Türkiyə Böyük Millət Məclisinin birinci dönəm Qars millət vəkili, Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin qurucularından və xarici işlər naziri, məşhur Ərzurum konqresinin və Qars İttihadi İslam Cəmiyyətinin üzvü Fəxrəddin Ərdoğan 1874-cü ildə Divriğin Yağıbasan kəndində doğulub.

Müstəqil.Az Teleqraf.com-a istinadən xəbər verir ki, atasının adı Məhməd, anasının adı Sultandır. İlk və orta təhsilini Divriğdə aldıqdan sonra İstanbulda ticarətlə məşğul olan əmisinin yanına gedib, orada Namiq Kamal kimi dövrün milliyyətçi şəxslərinin təsirində yetişib. Bir müddət Bolqarıstan və Rumıniyada fəaliyyət göstərib, 1897-ci ildə Batuma, oradan isə Sarıqamışın Asboğa kəndinə yerləşib. Bu dövrdən etibarən onun fəaliyyəti bölgədə erməni və rusların türklərə qarşı apardığı qətliamlarla mübarizə aparmaq olub. Bu məqsədlə Qarsda İttihadi-İslam Cəmiyyəti qurub, bu fəaliyyətinə görə 1914-cü ildə Orenburqa sürgün edilib.

1917-ci il bolşevik inqilabından sonra Orenburqdan qaçaraq Buxara və Bakı üzərindən Qarsa gəlib. Cənubi-Qərbi Qafqaz hökumətinin qurulmasında iştirak edib, hökumətdə xarici işlər naziri olub. Mustafa Kamal Paşanın Ərzurumda təşkil etdiyi konqresdə iştirak edib, daha sonra 1921-ci ildə Qars təmsilçi kimi TBMM-ə qatılıb. Bir dönəm millət vəkili olduqdan sonra Qarsa dönərək ticarətlə məşğul olub, CXP və Türk Ocaqlarında aktiv fəaliyyət göstərib. 1937-ci ildə Ankaraya köçüb, 25 may 1958-ci ildə vəfat edib.

F.Erdoğan 1954-cü ildə “Türk ellərində xatirələrim” adlı əsərini yazıb. Bu əsərdən öyrənirik ki, F.Erdoğan Orenburqdan qaçdıqdan sonra 1917-ci ildə Bakıya gəlib, Musa Nağıyevin müsafirxanasında qalıb, məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevlə görüşüb. Xatirələrində Tağıyev haqqında yüksək fikirdə olan Erdoğan bizə məlum olmayan maraqlı məqamlar da açıqlayıb.

Əlbəttə ki, bütün xatirələr subyektiv olduğu üçün F.Erdoğanın Tağıyev haqqında yazdıqlarını, eləcə də Bakıda gördüklərinin doğruluğunu şərh etmək fikrindən uzağıq. Amma xatirələrin Azərbaycanla bağlı hissəsi maraqlı olduğu üçün dilimizə uyğunlaşdıraraq təqdim edirik.

Bakı və Azərbaycanda gördüklərim

… Türküstanı qarış-qarış gəzib dolaşdıqdan sonra Xəzər sahilində ən son iskələ olan Grosnuviskiyə gəldik. Bura Lehistandan (Polşa – D.Ə) gələn rus mühacirləri ilə dolu idi, hər kəs açıq yerdə qurulmuş çadırlarda yatırdı. Buradan vapurla ayrılıb 22 saat fırtınalı dəniz yolçuluğundan sonra Bakıya çatdıq. Musa Nağıyevin İsmailiyyə binasındakı müsafirxanasına gəldik.

Dəniz yolçuluğunun sarsıntısına görə narahat olduğum üçün iki gün müsafirxanadan çölə çıxmadım. Bakıya gəldiyimizi xəbər alan qarslı bərbər Mustafa Əfəndi ilə yeni qazili Xalid bizi gəlib tapdılar. Çünki dostlarından bərbər İsmayıl Əfəndi də mənimlə birlikdə idi. Burada bir çox xəbər aldıq. Bizlərdən sonra bərbər Mustafa Əfəndini də ailəsi ilə birlikdə Bakıya sürgün ediblər. Xanımı və iki yaşındakı cocuğu Gülzar ilə tramvaydan enərkən yıxılmışlar, özü yaralanmış, zavallı cocuqcığazın da ayağı qırılmışdır. İkisinin də Tağıyev xəstəxanasında müalicə alıb çıxdığını söylədilər. İndi bərbər Mustafa Əfəndi Uğurlu soyadını almış, “Bizim bərbər” deyə bir salonu var. O ayağı qırılan Gülzar isə İstanbul Tibb Fakultəsindən diş təbibi olaraq məzun olmuş, Qarsda böyük bir müayinəxana açmış, çalışırlar.

Bakını bərbər Mustafa Əfəndi ilə gəzdim, ilk iş olaraq Bakı Cəmiyyəti-Xeyriyyəsinə getdik, orada tanınmış şəxslərlə tanış olduq. Burada istiqlal eşqiylə cəmiyyətlər qurulmuş, dayanmadan çalışılırdı. Yaşadığımız İsmailiyyə binasında Musa Nağıyevin 50 yataqlı müsafirxanası vardı ki, hər gələn türk yolçusu burada aylarla qalır, yemək və yataqları təmin edildiyi kimi çamaşırları yuyulur, bütün məsrəf Nağıyevin kassasından ödənilir, müsafirlərdən tək quruş da alınmırdı. Üç min sabit kreslosu olan böyük bir salonu vardı, qadınlara aid yuxarıda lojalar mövcuddu. Bakı türkləri bütün yığıncaqlarını burada edirdilər. Bu möhtəşəm binanı Musa Nağıyev Cəmiyyəti-Xeyriyyəyə bağışlamışdı. Nağıyevin İsmayıl adında, gənc yaşda vəfat edən bir oğlu varmış. Binasının səkkizinci mərtəbəsində oğlunun heykəlini hazırlatdırıb bir otağa qoydurmuş, binaya İsmailiyyə deyilməsi buna görə idi. Bundan başqa 200 yataqlı bir də yetimxanası vardı. Buraya cəbhədən toplanan kimsəsiz cocuqlar gətirilərək himayə edilmişdi. Bakıda qaldığımız həftə Hacı Zeynalabdin Tağıyev Əfəndinin ziyarətinə getdim. Bakıdakı hər zəngin türkün evinin qapısında dağıstanlı, avar və ləzgilərdən bir xidmətçisi vardı. Getdiyim evin xidmətçisi dərhal Hacıya xəbər verdi. Qəbul edildim. Dostum İbrahim Əfəndi ilə Hacının əlini öpdük, yer göstərdi, əyləşdik. Kim olduğumuzu soruşdu, özümüzü təqdim etdik. Türk əsirləri olduğumuzu öyrənincə yerindən qalxdı, əlimizi sıxdı və gözlərimizdən öpdü. Hacı 50-60 yaşlarında Azərbaycan türklərindən dinc bir ixtiyardı. Çox xoşsöhbətdi. Türk ordularının Qafqaz və Bakıya gələcəklərinə inanmış olduğu üçün bizə yorulmadan çalışmağımızı tövsiyə edir, bütün sərvətini türklük və qurtuluş uğrunda sərf edəcəyini vəd edirdi. Müharibənin ikinci ilində Hacı mühüm bir xəstəlik keçirdi. Bütün Türküstan qəzetləri onun səhhəti ilə maraqlanır, gündə iki dəfə səhhətinə dair xəbər yazırdılar. Bir gün Hacının son günlərini yaşadığını və cəmiyyət adamlarını başına yığıb vəsiyyətini edəcəyini xəbər verdilər. Bakı əhalisi evinin ətrafını sarmışdı və Hacı belə vəsiyyət edirdi: “Camaat, mən bu gün öləcəyəm, türklər mütləq Bakıya gələcəkdir, gələn ordunun komandanına mənim vəsiyyətimi söyləyin, ordunu çəkərək önündə heyətiylə mənim məzarımı çeynəyib keçsinlər, ruhum ancaq o zaman şad olar. Şəhərin ən yüksək yerində olan 800 otaqlı, 8 milyon qızıl rubla tikilən bu binanı Ənvər Paşaya bağışladım, qərargahını bu binaya qursun”.

Bu xəbər yayılınca türklər kədər və üzüntüyə qərq oldular. Hacının ölüm xəbərini və cənazə törənini qəzetlər xəbər verəcək deyə gözlənilərkən, qurtulduğunu yazmağa başladılar. Təkrar Bakı cəmiyyətini ətrafına yığaraq ikinci vəsiyyətini edir: “Bu xəstəlikdən qurtuluşumun sədəqəsi olaraq Bakının ortasında olan ərazimin içində bir məscidin təməli atılacaq ki, bütün Bakı müsəlman türklərini bayramlarda içinə yığacaq qədər böyük olacaq, sonra 200 yataqlı bir xəstəxana və 100 tələbə tutacaq qədər məktəbin təməllərinin tez atılması üçün 3 milyon qızılın sərfinə əmr verirəm” deyir. Hacı xəstəlikdən qurtuldu, xalq da Tanrıya şükür edib sevindi.

Ziyarətimizdə Hacı bizə çox iltifat etdi. Çay, tort verildi. Əlini öpərək ayrıldıq. Yaşadığı malikanə fövqəladə möhtəşəm olduğu üçün insan içində ikən hansı tərəfinə baxacağına şaşırırdı. Bina hazır olduqdan sonra içinə əşyalar yerləşdirilərkən Moskvadan 8 min lirə qiymətə tutulmuş bir mühəndis yerləşdirməni bir plan daxilində həyata keçirmişdi. Çar Nikolay Qafqaza gəldiyi zaman bu evdə Hacının qonağı olmuşdu. Hacının Bakıda 800-dən çox möhtəşəm evi vardı. Qafqaz və Azərbaycandakı 20 şəhərdə həm məktəbləri, həm də xəstəxanaları vardı ki, bütün məsrəfləri Hacının büdcəsindən ödənilirdi. Bakıdakı yetimxanaları da gəzdim. Ərzurum cəbhəsindən gətirilən minə qədər uşaq və qadına burada baxılırdı. Hər 10 uşağın bir xidmətçisi vardı, hər cümə günlərində ayrı-ayrı rəngdə əlbisələr geyindirilərək gəzməyə çıxarılırdılar. Məktəb yaşındakılara gündə 4 saat təhsil verilir, 4 saat da iplik fabrikinə aparılırdılar. Uşaqlar qutulara doldurulan iplik çarxlarını qulplu səbətlə böyük sandığın yanına aparır, böyüklər də sandığı doldururdular. Hacının bir yandan milyonları artarkən, eyni zamanda o qədər də xeyirxahlığı artırdı. Hacının ali təhsili yoxdu, təkcə ibtidai təhsili vardı. Ticarət işlərində və siyasətdə öndə idi, işlərini hər kəsdən daha irəliyə aparmağı bacarırdı. 1900-cu ildən sonra ona “Neft kralı” adı verilmişdi. Hacı Türk birliyi üçün çox əmək və pul sərf etmişdi. “Nə şiəlik, nə sünnilik var, yalnız haqq dinində müsəlmanlıq, milliyyət mövzusunda da yalnızca türklük vardır” deyə vəz və təbliğat aparan axund və xocalara min lirə bəxşiş verirdi.

Bir qafqazlı sünni ilə bir azərbaycanlı şiə qız və oğlana vasitəçilik edənlərə və bunları evləndirənlərə 3 min lirə bəxşiş verirdi. Özü də bu məqsədlə dağıstanlı sünni biri ilə evlənmişdi. Müharibə əsnasında Türkiyə cəbhəsindən gələn rus və erməni zabit və əsgərlərinin yanında kimsə bir türk qadınını görüb əllərindən alıb cəmiyyətə xəbər verərdisə, ona da dərhal 3 min lirə mükafat verirdi. Hacı bu siyasəti və pulu ilə Qafqazdakı Türk birliyinin qurulmasına çalışırdı.

Ərzurumun işğalından sonra rus cəbhəsi Ərzincana qədər irəliləmiş, burada əsir düşən zabit və əsgərləri Sibirdə deyil, Bakının qarşısında, Xəzər dənizinin ortasındakı Nargin adasında əsir düşərgəsində saxlayırdılar. Hər bazar bu düşərgədə olan əsir zabitlər izn alaraq mühafizlərlə birlikdə şəhərə gələrdilər. Biz də onları görmək üçün iskələyə getdik. Xalq yığılmış, avtomobillər sıralanmış, içində gənc qızlar yolçuların gəlməyini gözləyirdilər. Bu avtomobildəkilərin kimlər olduqlarını soruşdum. Bakı milyonçularının qızları olduqlarını öyrəndim. Məsələn, Əlimərdan bəy Topçubaşının, Nağıyev, Tağıyev və Quliyevlərin qızları ən başda dayanırdılar. Motorlar yanaşdı, əsir türk zabitləri sahilə çıxdılar. Taksidən enən qızlar bir-bir, iki-iki zabitlərin qollarından tutub avtomobillərinə əyləşdirir, şəhərin hər tərəfini gəzdirir, zabitlərin və düşərgədəki dostlarının ehtiyaclarını mağazadan qarşılayır, pullar isə cəmiyyət tərəfindən ödənilirdi. Əsirləri evlərinə apararaq günorta yeməklərini ailələri ilə birlikdə yedikdən sonra təkrar taksilərlə aldıqları yerə apararaq təslim edirdilər. Türk ordusu Bakıya girincəyə qədər bu adət hər bazar davam etdi.

Bakıda 20 gün qədər qaldıqdan sonra bütün cəmiyyət yoldaşlarıma, dostlara vida etdikdən sonra Tiflisə getdik…

Dilqəm ƏHMƏD

533 baxılıb
Shares
mersin escort