Ruhani: ABŞ Suriyanın sərvətlərini talan edir

ABŞ-ın Suriyanın neft hasil edən bölgələrindəki hərəkətləri Suriya xalqının sərvətlərini talan etməsi deməkdir.

Müstəqil.AZ bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla videokonfrans formatında görüşdə deyib.

Ruhani bildirib ki, ABŞ-ın işğalçı qüvvələrinin Suriyada qanunsuz olaraq yerləşməsi bu ölkədə, eləcə də bütün bölgədə sabitliyi pozan amildir. Bundan əlavə, Amerikanın Suriyanın neft istehsal edən bölgələrində etdiyi qanunsuz hərəkətlər əslində Suriya xalqının sərvətlərinin talan edilməsidir.

Ruhani ABŞ-ın Suriyadan və bütün bölgədən qoşunlarını çıxarmalı olduğunu bildirib.

Müstəqil.AZ

Share: