Almaniya ABŞ-a Qaz kəmərinə görə sanksiya tətbiq edə bilər

Əgər rəsmi Vaşinqton “Şimal axını-2”yə qarşı yeni tədbirlər görsə, Almaniya ABŞ-a qarşı sanksiyalara hazırdır.

Dənizçilərə Sosial Dəstək İctimai birliyindən Müstəqil.Az-a verilən  məlumata görə, bu barədə “Bloomberg” yazıb.

Məlumatda qeyd olunub ki, əgər prezident Donald Tramp “Şimal axını – 2” qaz kəmərinə qarşı hər hansı addım atsa, onda Almaniya da boş dayanmayacaq. Məşhur nəşrin yazdığına görə, Almaniya kansleri Angela Merkel ümumi hərəkətlərə təşəbbüs etmək üçün Avropa Birliyinə təzyiq göstərə bilər.

Müstəqil.Az

Share: