Bakıda koronadan ölən bank sədri ilə bağlı açıqlama

Dünən Azərbaycan Sənaye Bankı ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan koronavirusdan dünyasını dəyişib.

Müstəqil.Az  xəbər verir ki, bankdan Publika.az-a verilən məlumata görə, D.Tandoğan 3 həftəyə yaxındır ki, xəstəxanada koronavirusdan müalicə alıb:

“Doğan Tandoğan virusa yoluxanda Azərbaycanda idi. Koronovirus testi müsbət oldu və müalicə almağa başladı. Ölüm gününə qədər “Yeni klinika” tibb müəssisəsində müalicə alırdı. Son günlərdə vəziyyəti daha da ağırlışdı və dünyasını dəyişdi. Bankda virusa yoluxan əməkdaş yoxdur. Çünki işçilərin böyük əksəriyyəti onlayn şəkildə evdən işləyirdilər. Bankda da əməkdaşların temperaturu mütəmadi yoxlanılır, işçilərin əllərini dezinfeksiya etməsi təmin olunur və şəxsi gigiyenaya diqqət yetirilir. Mütəmadi şəkildə əməkdaşlarımız maskalarla təmin olunur”.

Qeyd edək ki, D.Tandoğan 1973-cü ildə Türkiyədə anadan olub. O, iş fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlayıb. 2013-cü ildən ASB-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir vəzifəsində calışıb. 19 dekabr 2016-il tarixindən ASB-nin İdarə Heyətinin sədri təyin edilib. O, eləcə də MilliKart MMC-nin Direktorlar Şurasının sədri və Azərbaycan Sənaye Sığorta ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini icra edib.

Müstəqil.Az

Share: