Mərd, məğrur, mərhəmətli Kişi haqda…

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Hüsaməddin bin SARXAN yazdı

90-cı illərin sonlarında yaşadığım Cəlilabad rayonunda “yazmaq” və “yazdırmaq” çox dəbdəydi və uzun illər rayonu çapıb-talayan mafioz-korrupsioner qruplaşmalar, belə insanların “yalançı qəhrəmanlıq” xəstəliyindən məharətlə istifadə edirdi.

Ulu Öndər Heydər Əliyevin xeyr-duası ilə həyata keçirilən aqrar sahədəki islahatlar məlum qruplaşmalar üçün əlavə fürsətlər yaratmışdı. Xüsusən, yerli aqrar islahat komissiyalarının vasitəsi ilə torpaq və əmlak paylarının bölgüsü zamanı ağılasığmaz maxinasiyalardan istifadə edilir, milyonlarla manat dəyərində sovxoz əmlakı bir qrup talançı tərəfindən mənimsənilirdi.
Digər tərəfdən, rayondakı maddi-mənəvi, sosial-iqtisadi, ictimai-siyasi durum idarəedilən xaos halına gətirilmişdi. Belə bir dar və çətin məqamda rayona yeni təyin edilmiş prokuror “ölüm-dirim” dilemması qarşısındaydı. Belə demək caizsə, Bərdə “yağışından” çıxıb, Cəlilabad “yağmuruna” düşmüşdü. İki yolu vardı: ya yerli mafioz qruplaşmaların ortaqlıq təklifini qəbul etməli, ya da uğrunda və yolunda sədaqət andı içdiyi Ulu Öndər Heydər Əliyevə vəfasını sübut etməliydi. Bütün təzyiq və təhditlərə baxmayaraq o, Ulu Öndərin: “DÖVLƏTÇİLİK PRİNSİPİ, QANUNUN ALİLİYİ BİZİM HAMIMIZ ÜÇÜN HƏR ŞEYDƏN ÜSTÜN OLMALIDIR: PREZİDENT ÜÇÜN DƏ, HƏR BİR PROKUROR ÜÇÜN DƏ, HƏR BİR POLİS ÜÇÜN DƏ, HƏR BİR VƏTƏNDAŞ ÜÇÜN DƏ” – çağrışına səs verdi.
Bərdə rayon prokuroru işlədiyi zaman da belə olmuşdu: özünü və ailəsini təhlükəyə ataraq bir qrup başıpozuq-silahlı “omonçü”nun qarşısında əyilməmiş, əsl prokurorlara xas cəsarət, qətiyyət göstərməklə, adını şərəfli və namuslu Azərbaycan prokurorluğunun şanlı tarixinə yazdırmışdı.
Yəqin, söhbətin uzun illər prokurorluq orqanlarında can qoymuş Xanoğlan Şıxəliyevdən getdiyini anladınız. Prokuror və prokurorluq həyatı onun qədəriydi. Daha rahat, daha rəvan həyatı ola bilərdi. İti ağlı, intellekti, fenomen yaddaşı, yüksək savadı, insanlarla münasibət yaratmaq bacarığı, ağsaqqalıq qabiliyyəti onun üstün cəhətlərindən idi. Məhz bu keyfiyyətləri sayəsində “Kalaşnikov” avtomatı, “Makarov” tapançası, qumbarayla silahlanmış qatili təkbaşına ram etməyi bacarmışdı. Mərhəmət, xeyirxahlıq canında-qanındaydı. Köməksiz və imkansız insanlara, məcburi qaçqın və köçkünlərə göstərdiyi təmənnasız diqqət və qayğı heç vaxt unudulmayacaq.
Rayonumuzda – etika xatirinə adın çəkməyəcəm – qələmini qitələrarası ballistik raketin nüvə başlığı hesab edən bir “yazan” kişi vardı. Yuxarıda bəhs etdiyim mafiozların korporativ-iyrənc maraqlarının bir nömrəli ifadəçisiydi. Hər gün yedirdib-icirdər, cibinə pul basar, gecə-gündüz Xanoğlan müəllimdən danoslar yazdırardılar.
Səhf etmirəmsə, 2000-ci ilin payız aylarından biri idi. Xanoğlan müəllim eşitmişdi ki, həmin kişi ağır xəstədir. Təklif etdim ki, əgər icazə versəniz, mən bu məsələni dəqiqləşdirərəm. Beləliklə, mən o kişiylə görüşdüm. Doğurdan da ağır xəstəydi, qaraciyər serrozu əjdaha kimi insanı yumağa döndərmişdi. Məni tanımadığından, nə üçün gəldiyimi soruşdu. Mən də ona (vəziyyətdən çıxmaq üçün başqa çarəm yox idi) prokurordan yazmağıma yardım etməsi üçün gəldiyimi dedim. Duruxdu. Dediyi hər söz, simasında və vücudunda baş verən hər türlü dəyişiklik indiki kimi yadımdadı. O, çətinliklə dirsəklənib məni lap yaxınına çağırdı və dedi: “Cavan oğlansan, özünə yazığın gəlsin. Bax mənə, gör nə günə qalmışam. Məni pis günə qoyan, onun Allahı oldu. Bu gün məni onunla düşmən edən oğraşların biri qapımı açmır. Bilirəm vaxtıma az qalıb, gecə-gündüz dua edirəm Allah ona qarşı etdiylərimə görə məni bağışlasın.”
Düz ölən günə qədər onun adından yazılan şikayət ərizələrinin ardı-arası kəsilmədi. Amma rəhmətlik özü bunu bilmirdi. Bəs, Xanoğlan müəllim nə etdi? Ürəyinə qurban olum, ey böyük insan! Həmin kişi ölənə qədər pay-püşünü əskik etmədi. Və ən qəribəsi bilirsiz nədi? – o kişi ölən günə qədər pay-püş göndərənin kimliyini bilmədi. Belə mərd, məğrur, mərhəmətli Kişiydi, hacı Xanoğlan Şıxəliyev.
Allah səni rəhmət etsin, gözümün nuru, həyatımın bəzəyi, canım Dostum və Qardaşım! Yaşasaydı, bu il 63 yaşı olacaqdı. Təəssüf, 2015-il iyun ayının 30-u günü qəfil zalım ölüm Onu sevdiklərindən ayırdı. Qəbri nurla dolsun, sevənlərinin başı sağ olsun! Həmişə qəlbimdəsən, Qardaş!
 
 
122 baxılıb
mersin escort