Türkiyənin qərbində Balıkesir vilayəti sahillərində qaçqınları aparan qayıq aşıb.
Müstəqil.Az Trend-in məlumatına istinad edərək xəbər verir ki, , xilasetmə işləri üçün hadisə yerinə 3 kater göndərilib.
Batmış qayıqdan 35 nəfəri xilas etmək mümkün olub. Daha 4 nəfərin axtarışları davam edir.
Axtarış-xilasetmə işlərinə helikopter də cəlb olunub.
Qaçqınların sözlərinə görə, qəza Yunanıstan sərhədçilərinin qayıqla sərt təmasından sonra baş verib.
Müstəqil.Az