Aygün Kazımova karantinə alınıb – VİDEO

“Elə insanlar var ki, koronavirusun gerçəkliyinə inanmırlar. Etiraf edirəm ki, bu hadisə başıma gəlməyincə mən də inanmırdım”.

Müstəqil.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova sosial şəbəkədə paylaşdığı videoda deyib.

Sənətçi köməkçisi və onun ailəsinin koronavirusa yoluxduğunu bildirib:

“Birinci köməkçim, daha sonra anası, bacısı və bütün ailəsi yoluxdu. Hətta köməkçimin ad gününü həkimlər xəstəxanada keçirdilər. Həmin müddətdə mən də karatində oldum. Çox sevdiyimiz Bəhram Bağırzadə də yoluxub. Birinci xanım Mehriban Əliyeva sağ olsun ki, onun səhhətini xüsusi diqqət mərkəzində saxlayır. Allah dostumuza şəfa versin. Koronavirusa yoluxan hər bir azərbaycanlıya tezliklə şəfa diləyirəm. Biz bu çətinliyin öhtəsindən birlikdə gələcəyik”. / axsam.az

Share: