Türkiyədə mikroavtobus qəzası: bir neçə nəfər öldü

Türkiyədə mikroavtobus yük avtomobili ilə toqquşub.

Müstəqil.AZ   bildirir ki, hadisə Konyada baş verib.

Sərnişin daşıyan mikroavtobusun TIR-la toqquşması nəticəsində azı 6 nəfər həlak olub, daha 12 nəfər xəsarət alıb. Qeyd edilir ki, hadisə zamanı yük avtomobili də aşıb.

Qəza yerinə polis, təcili yardım əməkdaşları və tibbi helikopter cəlb edilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəsarət alanlar arasında uşaq da var.

Hadisənin başvermə səbəbi barədə məlumat verilmir.

Müstəqil.AZ 

Share: