Daşnak Paşinyanın tərəfdarını başını kəsməklə hədələdi

Ermənistanın “Daşnaktsütyun” partiyasının İran hücrəsinin üzvü Vaqik Keşişyanın məşhur iş adamını başını kəsməklə hədələməsi İranın erməni icmasında parçalanmaya səbəb ola bilər.

Müstəqil.AZ xəbər verir ki, bunu “1in.am”a müsahibəsində “Araz” həftəlik jurnalının erməni redaktoru Movses Keşişyan deyib.

Redaktor qeyd edib ki, Vaqik Keşişyan “təfriqəçi” baş nazirin (Nikol Paşinyanı nəzərdə tutur-red.) işini davam etdirən erməni mənşəli iranlı iş adamının başını kəsməklə hədələdiyi videonu yayıb. Bildirib ki, doğrudur, iş fiziki toqquşmalara qədər böyüməyib, lakin həm İranın erməni icması, həm də Ermənistanda qalmaqala səbəb olub və daşnakların terrorçu mahiyyəti məsələsinin qabardılması ilə nəticələnib.

“Daşnaktsütyun” terrorizmi öz rəqiblərini zərərsizlədirmək üçün 1940-cı illərdə Yunanıstanda, 1950-ci illərdə Livanda, 1980-ci illərdə İranda, 1990-cı illərdə isə Ermənistan Respublikasında bir vasitə kimi istifadə edib”, – deyə redaktor vurğulayıb.

O, həmçinin qeyd edib ki, zülm və terrorizmin ideoloji müxaliflərə qarşı mübarizə vasitəsi olaraq seçilməsi qınağa layiq hərəkətdir. Demokratik mühitdə terrorizm xalqın kollektiv gücünə və iradəsinə inamsızlıq, o cümlədən, xalqın mənafeyinə olan etinasızlıqdan başqa bir şey deyil.

Keşişyan təəssüflə qeyd edib ki, “Daşnaksütyun” rəhbərliyindən hələ də partiya üzvünün hərəkətinə münasibət bildirilməyib.

Müstəqil.AZ

Share: