Rusiyada Qələbə Paradı keçirilir – Canlı yayım

Rusiyada faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş Qələbə Paradı başlayıb.

“Qafqazinfo” xəbər verir ki, tədbir Moskvadakı Qırmızı Meydanda keçirilir.

Hazırda tədbirdə Rusiya Prezidenti Vladimir Putin çıxış edir. Bundan əlavə, parada Belarus, Özbəkistan, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Serbiya, Cənubi Osetiya və Abxaziyanın liderləri qatılıb.

Azərbaycanı paradda Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edir.

Paradda 13 xarici ölkədən 14 mindən çox hərbçi, 234 ədəd tarixi və müasir quru hərbi texnikası və 75 təyyarə iştirak edir.


Share: