Bakıda koronavirus ən çox bu 3 rayonda yayılıb

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni məlumat açıqlanıb.

Müstəqil.Az bildirir ki, məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, COVID-19-a yoluxma sayına görə paytaxtın Binəqədi rayonu birinci yerdədir. Burada yoluxma 12,3 faiz təşkil edir. Yasamal və Xətai rayonlarında yoluxma 12,2 faiz olub.

Eyni zamanda, Sabunçu rayonunda 11,7 faiz, Nəsimi rayonu üzrə 10,9 faiz, Suraxanı rayonunda 9,2 faiz, Nərimanov rayonunda 8,8 faiz, Nizami rayonunda 7,9 faiz, Qaradağ rayonunda 6,0 faiz, Xəzər rayonunda 4,3 faiz, Səbail rayonunda 4,2 faiz və Pirallahı rayonu üzrə isə 0,3 faiz yoluxma faktı qeydə alınıb.

Müstəqil.Az

Share: