Koronavirusla bağlı qorxulan oldu: İKİNCİ DALĞA sunami kimidir…

Əsrin fəlakəti hesab edilən yeni növ koronavirus (COVID-19) sunami kimi yer üzünü məhv etməyə davam edir.

Müstəqil.Az  xəbər verir ki, cümə günü qeydə alınan 180 min yoluxmadan sonra ötən gün 156 min testin nəticəsi pozitiv çıxıb.

2 milyon 300 min insanın koronavirusa yoluxduğu ABŞ-da 33 min yeni yoluxmaq qeydə alınıb. Ölənlərin sayı isə 121 mini keçib.

COVID-19-a yoluxanların sayının 1 milyon 700 mini keçdiyi Braziliyada şənbə günü 30 mindən çox yeni yoluxma qeydə alınıb. Ölkədə sadəcə 2 milyon 409 min nəfərin testdən keçdiyini nəzərə alan ekspertlər, Brazilyanı sözün əsl mənasında fəlakət gözlədiyini açıqlayıblar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru doktor Tedros Gebreyesus virusun yeni və daha təhlükəli mərhələyə keçdiyini açıqlayıb. ÜST rəhbəri bildirib ki, Cənubi Amerika, Yaxın Şərq və Şərqi Asiya ölkələri daha diqqətli olmalıdır.

Müstəqil.Az

Share: