Rusiyada son sutkada 7728 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 7728 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Müstəqil.Az-ın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 584 min 680 nəfərə çatıb.

Son sutka ərzində 99 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8111 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 339 min 711 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdədi.

Müstəqil.Az

Share: