KORONADİNUS

Əsəd CAHANGİR  yazdı

Dində Allaha iman gətirirsən – koronada virusa!
O ölməzliklə müjdələyir – bu, ölümlə qorxudur!
Onun məqsədi bəqadır – bununku fəna!
O caviddir – bu, covid!
O, helmə dayanır – bu, elmə!
Onun Suliddini, Firuddini var – bunun DİN-i!
O, ümid verir – bu, vahimə!
O, Quranla gəlir – bu, qıranla!
Onun açıq-aşkar ayətləri var – bunun açıq-aşqar reseptləri!
Onun elçisi Allahın Həbibidir – bunun dilçisi allahın təbibi!
O, ürəkdir – bu beyin!
O, iimandır – bu güman!
 
Din qiyamətlə qorxudur – koronavirus özü gizli qiyamətdir!
Din ədalət vəd edir – koronavirus özü bir ədalətdir

Onun haramı-halalı var – bunun olmazı-oları.

Onun təsbehli mollası var – bunun zopalı polisi.
Onun ibadətxanası var – bunun xəstəxanası.
Onun ölüm mələyi var – bunun ölüm virusu!
Onun fitrə-zəkatı var – bunun yardım paketi!
 
Din qiyamətlə qorxudur – koronavirus özü gizli qiyamətdir,
Din ədalət vəd vəd edir – koronavirus özü bir ədalətdir!
 
O üzü Çinədir – bu, Çindən üzü bəri!
O ilahidi – bu, bəşəri.
O orijinaldır – bu Çin malı.
Onun yemək orucu var – bunun yeməmək.
Onun hicab ayəsi var – bunun niqab.
O, qılınc gücünə yayılırdı – bu virus!
Onda həyata göz-qulağını yumursan – bunda məmata ağız-burnunu.
Onda Allah önündə alnını yerə vurursan – bunda polis qabağında qarnını.
 
Din qiyamətlə qorxudur – koronavirus özü gizli qiyamətdir,
Din ədalət vəd edir – koronavirus özü bir ədalətdir!
 
O, Həccə çağırır – bu deyir dayan!
Onda daşlanan şeytandır – bunda zopalanan insan!
Onda qurban verirsən – bunda özün olursan qurban!
Onun qibləsi qara daşdır – bununku Ağ Ev.
Onun meyit namazı var – bunun ölüm kağızı!
Onu ateistlər rədd edir, bunu po…uyistlər!
 
O, başımızda koronadır – bu koronavirus!
O, qulağımızda azandır – bu koronaminus!
O, dindir – bu koronadinus!
 
Və nəhayət-
Ondan Əh(m)əd yazdı, bundan Əsəd!

 

Share: