Türkiyə parlamentində dava düşdü – Video

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclası zamanı MHP və CHP millət vəkilləri arasında dava düşüb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə Respublikası Hesablama Palatasında boş qalmış 5 yer üçün səsvermə zamanı CHP-dən Enis Bərbəroğlunun millət vəkilliyinin ləğv olunmasına reaksiya olaraq CHP-li deputatlar  ləngitmə aktı həyata keçirib. Bununla normalda 45 dəqiqə davam edən səsvermə təxminən 3,5 saat vaxt alıb. Səsvermədən sonra, gözətçiliklə bağlı yeni qanun danışıqları əsnasında əlbəyaxa dava yaranıb.

CHP Qrup sədrinin vəkili Özgür Özəl, partiyanın CHP-nin vəsatətləri haqqında danışmasına mane olma cəhdlərinə sərt reaksiya göstərib. Fasiləyə baxmayaraq, MHP üzvləri ilə Özəl arasındakı mübahisə digər millət vəkillərinin də qatıldığı əlbəyaxa qarşıdurmaya çevrilib. MHP Millət vəkili Olcay Kılavuz Özələ və CHP millət vəkili Ulaş Karasuya yumruq atıb. Digər deputatlar arasında da qarşıdurma və toqquşmalar yaranıb. Uzun müddət davam edən dava çətinliklə yatışdırılıb.

 

Share: