“Mən sizə darıxmaq öyrədəcəyəm”

Mərhum şair Fərqanə Mehdiyevanın xatirəsinə bağlanan kitab işıq üzü gördü.

Müstəqil.Az xəbər verir ki, “Qanun” nəşriyyatında dərc olunan kitab mərhum şairənin öz misrası ilə adlandırılıb- Mən sizə darıxmaq öyrədəcəyəm.

Kitabda Fərqanənin qələm dostlarının, oxucularının onunla bağlı xatirələri və şairə həsr etdikləri, şeirlər, publisistik yazılar yer alıb.
Kitabın tərtibçisi və redaktoru Faiq Balabəyli, rəssamı Seran Allahverdi, korrektorları Aləm Kəngərli və Narıngül Nadirdi.

Kitab müəlliflərin maliyə dəstəyi ilə dərc olunub.

Müstəqil.Az

Share: