Ərəbistanda koronavirusa yoluxanların sayı 100 mini ötüb

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 100 mini ötüb.

Müstəqil.AZ bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutka ərzində ölkədə 3 045 koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da xəstələnənlərin ümumi sayı 101 914-ə yüksəlib. Bundan əlavə, son 24 saat ərzində daha 712 pasiyent koronavirusun qurbanı olub. Xəstəlikdən ölənlərin ümumi sayı 72 817-yə çatıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər iyunun 21-də tamamilə aradan götürüləcək.

Müstəqil.AZ

Share: