Koronavirusa yoluxanların sayı 7 milyonu ötdü

Koronavirus pandemiyası ərzində dünyada yeni virusa 7 milyondan çox yoluxma qeydə alınıb.

Bu barədə xarici KİV-lər xəbər verir.

Qeyd edilir ki, hazırda dünyada COVID-19-a 7 004 825 yoluxma qeydə alınıb. Ayrı-ayrı ölkələrdə ümumilikdə virusdan 402 666 ölüm təsdiqlənib. Koronavirusa yoluxmuş 3 426 149 insan sağalıb.

Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Bununla yanaşı, Braziliyada, Rusiyada, İspaniyada və digər ölkələrdə də koronavirusa yüksək sayda yoluxma, ölüm halları aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müstəqil.AZ

Share: