Mərkəzi Bank depozit hərracı keçirəcək

İyunun 8-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən Müstəqil.AZ-a bildirilib ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-7,24 faiz təşkil edir.

Müstəqil.AZ

Share: