“Dairənin hissələri”ndə gizlənən şeytan – Fərid Şəfiyevin şərhi

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

“Nə qədər ki, beynəlxalq ictimaiyyət və ekspertlər bu və ya digər etnik-ərazi münaqişələrinə kökündən yanlış olan yanaşmalarını yenidən nəzərdən keçirməyəcəklər və prinsipial mövqenin nümayiş etdirilməli olduğu məsələdə “neytrallıq” axtarışında olacaqlar sülhə nail olmaq çox çətin olacaq”. 

 
Müstəqil.Az xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çəkilmiş “Dairənin hissələri: Qarabağ münaqişəsinin tarixi” filmini şərh edən məqaləsində belə deyilir.

Parts of a Circle: History of the Karabakh Conflict from Conciliation Resources on Vimeo.

Müəllifin fikrincə, 2020-ci il mayın 12-də “Barışıq resursları” təşkilatının Dağlıq Qarabağ problemi ilə bağlı hazırladığı sənədli film qarşıya qoyduğu ədalətli mövqe və balanslı yanaşma prinsiplərindən tamamilə uzaqdır.

Ermənilərin Dağlıq Qarabağ torpaqlarını işğalını legitimləşdirməyə çalışan film barədə BMTM rəhbərinin qələmə aldığı məqaləni təqdim edirik.

2020-ci il mayın 12-də “Barışıq resursları” təşkilatı Ermənistan-Azərbaycan arasında imzalanmış atəşkəs müqaviləsinin 26 illiyinə həsr etdikləri 76 dəqiqəlik “Dairənin hissələri: Qarabağ münaqişəsinin tarixi” adlı sənədli filmi ictimaiyyətə təqdim etdilər. Filmin müəllifləri iddia edirlər ki, onların münaqişənin tarixinə dair hazırladıqları material balanslı və neytraldır. Biz isə hesab edirik ki, filmdə münaqişənin əsl mahiyyətini təhrif edən çox sayda qeyri-dəqiqlik və nöqsanlara yol verilib. Biz iki hissədən – ümumi və xüsusi məqamların qiymətləndirilməsindən ibarət olan hazırkı rəydə bunlara aydınlıq gətirəcəyik.

1994-cü ildə əldə olunmuş kövrək atəşkəs rejimindən sonrakı dövrdə Azərbaycan və Ermənistan cəmiyyətlərini sonsuz mübahisələr, miflər, qarşılıqlı nifrət, münaqişəyə dair hekayələrinin təkrarlanması, qarşılıqlı ittihamlar tükəndirib və təngə gətirib. Bütün bunlar münaqişəyə dair çıxılmaz dalanı daha da mürəkkəbləşdirib və hər iki cəmiyyəti radikallaşdırıb. Bundan sonra bir sıra beynəlxalq müşahidəçilər və ekspertlər daha neytral və tərəfsiz ola biləcəklərini iddia edərək iki cəmiyyətin ortaq məxrəcə gəlməsi və ardınca da barışmasına kömək edəcəklərini iddia edərək prosesə qoşulmağa çalışdılar. Bəziləri bu cəhdləri sadəlövhlük kimi, eyni zamanda qan tökülməsinin və münaqişənin yenidən alovlanmasının qarşısını ala biləcək nəcib və xeyirxah arzulardan irəli gəldiyini düşünə bilər. Lakin biz bu kimi layihələri mövcud status-kvonu möhkəmləndirmək və işğalçı rejimi legitimləşdirmək istiqamətində fəaliyyətləri ört-basdır etmək məqsədi ilə qəsdən və ya bilməyərəkdən olan cəhdlər kimi qiymətləndiririk. Bu günə kimi bu cür cəhdlər uğursuz olub. “Barışıq resursları” təşkilatının çəkdiyi “Dairənin hissələri: Qarabağ münaqişəsinin tarixi” sənədli filmini həmin cəhdlərdən biri kimi nəzərdən keçiririk.

Ümumi qiymətləndirmə

Hər şeydən əvvəl problem təkcə filmin əsasən bir tərəfin hekayəsi əsasında çəkilməsi deyil, eyni zamanda bəzi faktlar tamamilə təhrif olunur və ya münaqişənin obyektiv tarixi əks etdirilmir. Əsas problem isə filmdə bütövlükdə bir mühüm məqam inkar edilir və ya əhəmiyyət verilmir. Bu fakt isə ondan ibarətdir ki, Azərbaycan və ya Ermənistan tərəfinin tarixi iddialarının hansının haqlı olmasından və nə dediklərindən asılı olmayaraq, hazırki dünya düzəninin əsasında dayanan beynəlxalq hüququn norma və prinsiplərinə kölgə sala bilməzlər. Filmdə isə bu prinsiplərə məhəl qoyulmur. Məhz bu prinsiplər, xüsusilə ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörməti ehtiva edən prinsiplər münaqişənin həlli üçün mümkün düsturu müəyyənləşdirməlidir. Ən böyük problem isə sanki filmdə hansısa balansa, neytrallığa yer verilməsi və bu prinsip qorunacağı halda, münaqişənin həllinə töhfə verə biləcəyi ilə bağlı öz-özünü aldatmaqdır.

Bir məqam  çox aydındır ki, münaqişəyə akademik və ya balanslı yanaşmaq cəhdləri təcavüzkara öz uydurmalarını ümumi diskursda arqumentlərini gücləndirmək və əsaslandırmaq üçün daha çox imkan yaratmaq məqsədi daşıyırBalansı tapacağını iddia edən filmdə münaqişə edən tərəflər eyni səviyyədə təqdim edilir, təcavüzkar, işğalçı tərəflə qurban tərəf arasında heç bir fərq qoyulmur. Bu cür yanaşma yanlışlıqlara yol açır və bu kontekstdə aşağıdakı suallar ortaya çıxır: Birincisi, biz bütün münaqişələrdə tərəfləri bərabərləşdirməliyikmi? İkincisi, bütün münaqişələrdə təcavüzkarın və qurbanın hadisə ilə bağlı iddiaları bir-birinə bərabər tutulmalıdırmı? Üçüncüsü, hazırkı status, ərazi və sərhədlərdən narazı olan bütün ölkələr öz baxışlarını əsas tutaraq revanşist siyasət yeritməyə başlamalıdılarmı?

Bu suallara ən aydın və məntiqi cavab odur ki, balanslı və neytral yanaşma münaqişənin həllinə hər zaman ədalətli və doğru siyasət deyil. Ermənistan-Azərbaycan münaqişəsində mənzərə tamamilə aydındır: bir tərəfdə işğalçı ölkə, digər tərəfdə ərazisi işğal olunmuş və 1 milyona yaxın vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş ölkə var. Bunlardan biri qurban, digəri beynəlxalq hüququ pozan ölkədir. Məhkəmədə hakim hansısa ciddi cinayətə görə təqsirkarı sadəcə travmatik keçmişi olduğu və bu keçmişə görə yanlış yola düşdüyü üçün bağışlamır. Təbii ki, müttəhimin vəkili cinayət işinin bütün nüanslarını diqqətə çatdırmağa və müdafiə etdiyi şəxsi təmizə çıxarmaq məqsədilə hekayəni yenidən ən inandırıcı şəkildə təqdim etmək üçün əlindən gələni edəcək. Lakin nəticədə hakim hüquq, qanun və faktlara əsasən hökm çıxarmalıdır və təbii ki, bu qərar bəzən digərlərinə ədalətsiz görünə bilər. Hakim başqa cür davrana bilməz, çünki hüquq xüsusi vəziyyətlər üçün deyil, ümumi hallar üçün formalaşdırılıb. Eyni şəkildə beynəlxalq hüquqda da tarixi iddialar və hekayələrin nə olmasından asılı olmayaraq bu kimi ərazi münaqişələri mövcud hüquqi prinsiplər və normalara əsasən həll olunmalıdır. Təcavüzkarla qurban arasında balans saxlamağa dair istənilən cəhd daha böyük fəlakətlərə yol aça bilər və müasir beynəlxalq sisteminin təməlinə təhdid törədir. Buna görə də qəsdən və ya bilməyərək “Dairənin hissələri: Dağlıq Qarabağ münaqişəsinin tarixi” adlı sənədli filmin istehsalçıları da tərəflər arasında tarazlığı qorumaqla Dağlıq Qarabağ regionunun Azərbaycandan ayrılmasına və ətraf rayonların işğalına bəraət qazandırmaq məqsədi ilə işğalçının uydurmalarını ümumi diskursa yeridirlər.

Münaqişənin xronikası şəklində təqdim edilən film heç bir informasiyaya malik olmayan müşahidəçiyə hər şeyi anlamağa kömək edəcək ən vacib məqamı ört-basdır edir. Bu isə münaqişənin kökündə dayanan milliyyətçi Böyük Ermənistan ideyasıdır. Yuxarıda qeyd edilən müşahidələr bizə bunu deməyə əsas verir ki, film istehsalçılarının münaqişənin tarixinə bu cür yanaşması münaqişənin həllinə dəstək verə bilməz. Həmçinin bu, münaqişəni başa düşməyə çalışanlara da kömək etməyəcək.

Xüsusi məqamların qiymətləndirilməsi

Yuxarıda biz filmi ərsəyə gətirənlərin münaqişənin tarixi ilə bağlı “balanslı” və neytral yanaşma nümayiş etdirmək cəhdlərini tənqid etdik və bu yanaşmanın hansı səbəbdən münaqişənin həllinə töhfə verməyəcəyini göstərdik. Eyni zamanda biz hesab edirik ki, film istehsalçıları iddia etdikləri kimi heç də balansı qorumağa nail olmayıblar. Xocalı faciəsi və azərbaycanlı məcburi köçkünlərlə bağlı bəzi kadrların filmə daxil edilməsi məhsulu heç də balanslı və neytral etmir.

Filimdə münaqişənin bir tərəfinin mövqeyinin üstün tutulması və qərəz elə ilk səhnədən başlayır. Filmin əvvəlində Azərbaycan SSR daxilində Dağlıq Qarabağ Muxtar Vilayətinin yerli erməni əhalisinin Ermənistanın “Ararat” komandası ilə Kiyevin “Dinamo” komandası arasında 1973-cü ilin oktyabrında baş tutmuş futbol matçını izləyə bilməmələri göstərilir və bu “dəhşətli hadisə” ermənilərə qarşı təzyiq və ayrı seçkiliyinnümunələrindən biri kimi təqdim olunur. Film istehsalçıları o dövrün sosial-iqtisadi vəziyyətlə bağlı rəsmi statistikasını, əhalinin gəlirlərini və s. göstəriciləri isə göstərmirlər. Həmin göstəricilər isə Dağlıq Qarabağdakı ermənilərin Azərbaycanın digər hissələrində və ya Ermənistanda yaşayan insanlarla müqayisədə yaxşı və ya pis yaşadıqlarına dair izləyicilərə təsəvvür verə  bilərdi. Bu cür məlumatlar həmçinin yerli erməni xalqının hüquq və azadlıqlarının pozulub-pozulmadığına dair həqiqi təsəvvürlər təqdim edə, onların qanuna əsasən nə kimi və hansı mədəni və digər azadlıqlardanyararlandıqlarını və onların yerli və mərkəzi inzibati orqanlarda təmsil olunma faizlərini əks etdirə bilərdi. Bu cür çox vacib məsələlər isə filmi tamamilə başqa məcraya yönəldə bilərdi.

Film boyu çox aydın şəkildə erməni milliyyətçilərinin heç zaman xatırlatmaq istəmədikləri, lakin təkzib edə bilmədikləri vacib tarixi hadisələr ya ötəri göstərilir ya da ört-basdır edilir. Sanki film istehsalçıları tənqiddən ehtiyatlanaraq istəmədən həmin faktları qeyd etməyə məcbur qalıblar. Əvəzində isə ermənilərin əsassız iddialarına daha çox yer veriblər.

Ötəri şəkildə qeyd edilən faktlardan biri də Sumqayıt hadisələrindən əvvəl azərbaycanlıların kütləvi şəkildə Ermənistandan necə və niyə deportasiya olunmalarıdır və sanki bu gündəlik olan və adi bir hadisə kimi təqdim olunur. Həmin hissədə minlərlə insanların ağrı və acılarının üstündən çox ötəri keçilib. Eyni zamanda istehsalçılar daha sonra baş vermiş və necə törədildiyi mübahisəli olan Sumqayıt hadisələri barədə daha çox söz açıblar. Ən xoşagəlməz məqam odur ki, istehsalçılar Qanlı Yanvar hadisələrini – 1990-cı ilin 20 yanvarında Sovet ordusunun azərbaycanlılara qarşı törətdiyi qırğınları ermənilərin Bakıdan “poqromu” ilə bağlayıblar. Bu fakt yüzlərlə dinc, lakin azadlıq carçısı olmuş, müstəqillik və azadlıq uğrunda mübarizələrini qırmaq məqsədi ilə Sovet əsgərlərinin əli ilə öldürülmüş azərbaycanlılara hörmətsizliyin təzahürüdür. Təəssüf ki, filmin yaradıcı heyəti Qanlı Yanvar hadisələri ilə bağlı Sovet və erməni uydurmalarını sadəcə təkrarlayıblar.

Kəlbəcərin işğalından başqa filmin istehsalçıları Dağlıq Qarabağın ətrafında yerləşən Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdamın işğalını “digər 6 rayon” kimi ifadə etməklə kifayətlənərək, məqsədyönlü şəkildə yüzminlərlə insanın faciəsindən bir kəlmə də olsun bəhs etməyiblər. Bu ərazilərin işğalı barədə bir-iki dəqiqə danışmaqla Azərbaycanın üzləşdiyi maddi və mənəvi zərərin miqyası məqsədli şəkildə kiçildilmişdir. Filmdə həmçinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrindənqısa və ötəri şəkildə danışılır və sanki bu qətnamələr eyni mahiyyət daşıyır və eyni gündə qəbul olunub.

Bununla yanaşı, narahatedici məqamlardan biri də odur ki, filmdə Azərbaycan torpaqlarının işğalına ermənilərin məntiqi ilə bəraət qazandırılır və bu ərazilərin işğalı sanki adi və zəruri hadisə kimi qiymətləndirilir.

Xocalı faciəsindən danışılarkən filmdə Vitali Balasanyanın müsahibəsinə yer verilir. Bu şəxs dinc insanlara qarşı kütləvi qətlin əsas təşkilatçılarından biri olub. Lakin onlar nədənsə Serj Sarkisyanın Tomas de Vala verdiyi məşhur müsahibəni qeyd etməyi unudublar. Müsahibədə Serj Sarkisyan etiraf edir: “Xocalıdan əvvəl azərbaycanlılar elə hesab edirdi ki, biz zarafat edirik və ermənilər heç zaman dinc əhaliyə əl qaldıra bilməzlər. Biz bütün bunlara son qoymalı idik və bu baş verdi”.

İstehsalçılar həmçinin məşhur könüllü erməni komandiri, amerikalılar tərəfindən də terrorçu kimi tanınmış və dinc əhaliyə qəsdən hücum etdiyini təsdiqləyən Monte Melkonyanın qardaşı Markar Melkonyanın xatirələrini də qeyd etməyi unudublar. Eyni zamanda filmdə Xocalı faciəsindən sağ çıxmış insanlarla heç bir müsahibə yoxdur.

İstehsalçılar filmə Dağlıq Qarabağın müxtəlif rayonlarından – Şuşa, Xankəndi, Xocavənd, Ağdərə və s. olan azərbaycanlıları filmə daxil etməyi necəsə unudublar. Filmdə məcburi köçkünlər adından çıxış edən Rey Kərimovun özü Dağlıq Qarabağdan deyil, işğal olunmuş Ağdamdandır. Filmə həmçinin bir zamanlar ermənilərlə birlikdə yaşamış və erməni həmvətəndaşları ilə birgə regionun ümumi gələcəyini müəyyən etməli olan Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəsmi nümayəndələri dəvət olunmayıb. Bu film barədə danışan Şuşadan olan bir məcburi köçkün deyir: “Mən bu filimdə heç bir şuşalının üzünü görmədim. Mənə çox təəccüblü gəldi ki, niyə film istehsalçıları, Azərbaycan tərəfdən cəlb olunmuş şəxslər müsahibə almaq üçün bir dənə də olsun şuşalı tapmayıblar”.

Filmdə çatışmazlıqlar bunlarla bitmir. Məsələn, 1990-ci illərin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində dinc əhaliyə qarşı törədilmiş terror aktları barədə bir kəlmə də olsun danışılmır. Halbuki bu hücumlar çox yaxşı tədqiq olunub.

Filmdə Sovet hüquq mühafizə orqanlarının 1991-ci ildə Dağlıq Qarabağda həyata keçirdiyi “Üzük” əməliyyatının ətraflı şəkildə müzakirə edilməsinə baxmayaraq, regionda erməni dəstələrinin silahlanma prosesi və onların azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri terror qeyd olunmur.

Nəticə

Dairənin hissələri: Qarabağ münaqişəsinin tarixi” filmi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər iki tərəfin hekayəsini təqdim etmək istiqamətində “ədalətli” cəhd olduğuna iddia edir. Bununla yanaşı balans qorumaq pərdəsi altında münaqişənin əsas elementləri – Ermənistanın genişləndirmə siyasəti və münaqişənin hüquqi çərçivəsi gizlədilib. Bu sənədli filmdə işğalçı tərəflə işğala məruz qalan qurbana eyni səviyyədə yanaşılıb. Nə qədər ki, beynəlxalq ictimaiyyət və ekspertlər bu və ya digər etnik-ərazi münaqişələrinə kökündən yanlış olan yanaşmalarını yenidən nəzərdən keçirməyəcəklər və prinsipial mövqenin nümayiş etdirilməli olduğu məsələdə “neytrallıq” axtarışında olacaqlar sülhə nail olmaq çox çətin olacaq. Ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinin vacibliyini azaldacaq cəhdlərə yol vermək qəbuledilməzdir. Yuxarıda da qeyd edildiyi kimi bu tələyə düşmək beynəlxalq hüququn təməlini və dəyərlər sistemini sarsıda bilər. Bu baxımdan sənədli filmin hazırlanması üçün iddia edilən bütün müsbət niyyətlərə baxmayaraq göstərildiyi kimi “balanslı” mövqedən tez uzaqlaşıb. Təəssüf ki, yekun məhsulun mərkəzi xətti beynəlxalq hüququn əsas prinsiplərinə məhəl qoymadan daha çox Ermənistan Respublikasının maraqlarına uyğun iddialara əsasən çəkilib.

Mənbə:Ovqat.com
685 baxılıb
mersin escort