Putin və Tramp koronavirusla mübarizəni müzakirə etdi

ABŞ və Rusiya prezidentləri – Donald Tramp ilə Vladimir Putin arasında telefon söhbəti zamanı hər iki ölkədə koronavirus pandemiyasına qarşı atılan addımlar müzakirə olunub.

“RİA Novosti” xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı V.Putin süni nəfəs aparatlarının tədarükü üçün qarşı tərəfə minnətdarlıq edib.

Müstəqil.AZ

Share: