Milli Məclis müharibəyə razılıq verəcək?-Şöhrət El-Dənizin sualı

Müdafiə naziri Zakir Həsənovun müharibə çağrışına cavab verən millət vəkili varsa buyursun. Tribuna sizin ixtiyarınızda.

Mudafiə nazirinin millət vəkillərinə cavabı xoşuma gəldi. İstəyirəm millət vəkillərini bu məsələ ilə əlaqədar bir az çətin vəziyyətə salım. Deputatlardan Müdafiə Nazirliyinin “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir açıqlamasına münasibət öyrənim.

Görəsən millət vəkillərindən hansı deyəcək biz razı növbəti iclasda bu məsələni gündəliyə salıb qərar qəbul edəcəyik. Məncə cavab verən olmayacaq. Verənlərdə ya nala-mıxa vuracaq, ya da həmişə olduğu kimi Prezidenti ünvan göstərəcəklər. Çünki əksər deputatlarımız yalnız prezident dediyini təkrarlayır.

Öz fikri olan azdır. Hətta prezident İlham Əliyevin “mən deyə bilmədiyim fikirləri siz deməlisiniz” sözləri belə onları tərpətmir. Əksəriyyət gözləyir ki, prezident İlham Əliyev, ya da birinci vitse-prezident Mehriban Əliyeva bir söz desin bunlarda təkrarlasınlar.

Share: