Nuru Paşanı öyən, Oryolda güllələnən şairimiz

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Bu gün görkəmli ədəbiyyatşünas, şair Salman Mümtazın doğum günüdür.

Müstəqil.Az Kult.az-ın Salman Mümtazla bağlı yayınladığı 7 faktı təqdim edir:

1. Salman Məmmədəmin oğlu Əsgərov 1884-cü il mayın 20-də Nuxanın (indiki Şəki) Gəncəli məhəlləsində anadan olub. Atası Məmmədəmin tacir idi və ailəsi ilə uzun müddət Orta Asiyada yaşamışdı.

2. İbtidai təhsilini Türkmənistanın Aşqabad şəhərində alan Salman burada ərəb, fars və urdu dillərini mükəmməl öyrənib.

3. 1893-cü ildə 9 yaşlı Salman Aşqabadda Mirzə Ələkbər Sabirlə görüşüb. Bu görüşdən sonra Mümtazda ədəbiyyata həvəs yaranıb.

4. O, Mirzə Ələkbər Sabirin ölümündən sonra şairin “Hophopnamə” kitabının nəşrində mühüm rol oynayıb. Daha sonra Tiflisdə Mirzə Cəlillə dostlaşan Mümtaz “Molla Nəsrəddin” jurnalını maliyyələşdirib.

5. 1918-ci ildə Salman Mümtaz Nuru Paşa ilə görüşərək, ona həsr etdiyi “Öyün, millət!” qəzəlini söyləyib. Bundan başqa, Ənvər Paşaya “Ənvəriyyə” müxəmməsini həsr edib.

6. 1937-ci ilin mart ayında pik nöqtəyə çatan Stalin repressiyası Salman Mümtazdan da yan keçməyib. Buna səbəb kimi onun “Bakinskıy Raboçiy” qəzetində buraxdıqları “ideoloji səhvləri” göstərilib.

7. Salman Mümtaz 1937-ci il oktyabrın 8-də axşam saat 11-də Bakıdakı evində siyasi dustaq kimi həbs olunub. Həbsdə ikən ona Sinman, Qalstyan, Avanesyan və Borşşev kimi şəxslər tərəfindən üç ay dəhşətli işgəncələr verilib.

Qeyd edək ki, Salman Mümtaz 1941-ci il sentyabrın 6-da 57 yaşında Oryol yaxınlığındakı Medvedski meşəsində güllələnərək öldürülüb.

 

1. 255 baxılıb
Paylaş
mersin escort