Gömrükdə əməliyyat – Foto

Gürcüstandan gələn avtomobildə gizlədilmiş mobil telefon və aksesuarlar gömrükdə aşkar edilib.

 

Müstəqil.Az Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata istinadən bildirir ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

 

Yoxlama zamanı avtomobilin salonunda sükanın alt hissəsində 10 ədəd “Samsung Galaxy J3 2016” markalı mobil telefon və aksesuarları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 


Müstəqil.Az

Share: