ÖMRÜ QISA OLAN, SÖZ DÜNYAMIZIN ANASI Ferqane Mehdiyevanın ƏZİZ XATİRƏSİNƏ

Vüsal AĞAYEV
 
Bəli Fərqanə xanım bütün gənc şairlərin anası idi. Fərqanə Xanım günlərin bir günü tədbirlərin birində aparıcılıq edirdi. Hər kəsə söz verərdi dindirərdi. Növbə mənə çatanda məni astaca səslədi: oğul adın nədir?
Adım Vüsaldır Fərqanə Xanım… Deyirdimki sözümü ağzımda qoydu: Vüsalına çatasan ay bala deyərək mikrafonu mənə uzatdı. Çıxış etdikdən sonra. Fərqanə Xanım məni sual atəşinə tutdu. Hardansan? Dedim özüm Sumqayıtda doğulmuşam. Əslim Neftçaladandır.
Fərqanə xanım güldü və dedi,  Biz yerliyik ki, mən də Səlyan Neftçala tərfdənəm, ay bala. Eləcə Fərqanə Xanım məni ana qayğısıyla dindirərdi. Mənə balam deyə müraciət edərdi. Bu mənim elə xoşuma gəlirdi ki, hərdən özümü eşitməməzliyə vururdum ki, balam sözünü təkrar desin səsləsin məni. Həyatda hər kəs öz yaşam tərzinə görə özünə uyğun yer tutduğu kimi, Fərqanə Xanımın da hər kəsin gözündə özünə məxsus yeri var. Fərqanə Xanım mənimçün ən doğma, ən əziz insanlardan biri olduğu üçün, onun haqqında hər hansı söz danışmaq mənə ağır gəlir.
Amma nə qədər ağır gəlsə də, Fərqanə Xanımın haqqında yazmağı bir oğul kimi özümə borc bilir, şərəf duyuram.
Fərqanə Xanımın adı çəkilən zaman gözəl nurlu sima, ədəbli insan, dostlarının qədrin bilən, Allaha yaxın, dürüst, Vətənə bağlı, düzgün, hər kəlməsi diqqət cəlb edən və çoxlarına örnək olan bir şəxsiyyət görürəm.
Gözlərimin yaşla dolmasına və boğazımı qəhər boğmasına baxmayaraq, mən bunları xatırlamaq və yazmaq istəyimi boğa bilmirəm. Çünki, içim yanır, qəlbim qan ağlayır və bununla barışa bilmirəm.
Doğma, əziz, şən, mehriban, üzü təbəssümlü, qüsursuz, anlayışlı, cəmiyyətdə xüsusi yeri olan gözəl qəlbli şairəmizi itirmək çox ağırdır!
 
Ömrü qısa oldu, yolu çox uzun,
Ləzzətin görmədi baharın, yazın.
Xalq ancaq sevdiyi insanları yaddaşında saxlayır deyiblər. O da sevilənlərdən biri idi.
İnsan var, xoşbəxtliyi özü ilə birlikdə doğulur, onunla birlikdə ömrünün axırına qədər yol gedib,
yoluna işıq saçır.
İnsan da var bədbəxtliyi özündən qabaq dünyaya gəlib, onu qarabaqara, dabanbasara
izləyib yol yoldaşı olur, yoluna qara tikan əkir, qara çuxasını başının üstündən əsirgəmir. Fərqanə Xanım bu ikincilərdən oldu. Uzun müddətli xəstəlik ondan əl çəkmədi.
Sənin yoxluğuna heç kim inanmır, inanmayacaqlar da, əzizim. Elə bu yaşda, bu
görkəmdə, bu baxışda qəlblərə köçdün. Ölüm sevinməsin qoy. Sən Allahın sevimli bəndələrindən
olmusan. Tanrı sevdiyi bəndələri tez aparıb ölməzliyə qovuşdurur.
“Meşəyə gedən əyri ağacı kəsmir, hamı düz axtarıb, düzü kəsir.”
Düz hamıya lazımdı. Əməli, istəyi düz, arzusu pak, ürəyi təmiz, qəlbi kövrək (bir az da
niskilli), səbirli, təmkinli, hamının sevincinə şərik,
kədərinə ortaq olanlar o, qədər azdırmı ki, sənə növbə tez çatdı. Çox olsa nə olardı sənə də növbə gec çatardı. Ölümlə qol-boyun olub getdin. Heç biz tərəfə baxmadın da. Ömür gün yoldaşına, balalarına, dostlarına, qohumlarına, səndən ümüd gözləyən bir sözlə səni istəyənlərə, bütün insanlara dağ çəkdin. Əsl müsəlmanlara xas olan adət-ənənəni qoruyub saxlayan xanım xatun gözəl bir insan idin. Bir
sözlə, mənim əziz Anam, sənin hərəkətlərin dünyagörmüş, zəngin həyat təcrübən biz gənc şairlərə örnək idi. Sən bizim üçün bir məktəb idin. Odur ki, sənin kimilər heç vaxt ölmürlər.
İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onları xatırlayan, onların
səslərini, sifətlərini, yaddaşında saxlayan adamlar  urur, bu ölənlər də hələ yaşayır-fikirlərdə,
xəyallarda, təsəvvürlərdə, şəkillərdə…
Bəli,  dediyin kimi, “Dünyada bircə qalan tək şəkildi.”
Səndən bizə şəkillərin, dəyərli və hikmətli sözlərin, gözəl xatirələrin qaldı.
Sən də yaşayacaqsan əziz Anam.
Çünki, səni xatirələrdə yaşadanlar var olacaq. Onlar əsrdən əsirə, nəsildən nəsilə ötürərək daim yaşadacaqlar səni.
Allah rəhmət eləsin əziz anam, qəbrin nurla  dolsun, yerin behişt olsun.
 
Share: