İtaliya daha bir fəlakətlə ÜZ-ÜZƏ: hökumət hərəkətə keçməsə…

Yeni tip koronavirus (Kovid-19) pandemiyasının Avropada ən çox zərər verdiyi ölkə olan İtaliya daha bir problemlə mübarizəyə başlayıb.

Publika.azxəbər verir ki, Siciliyanın paytaxtı Palermoda təhlükəsizlik tədbirləri son dərəcə gücləndirilib.

“South China Morning Post” qəzetinin məlumatına görə, buna səbəb ölkənin yoxsul bölgələrindən biri olan Siciliyada idarəetmə boşluğundan mafiya qruplaşmalarının istifadə edə biləcəyi qorxusudur. Belə ki, ölkə miqyasında fövqəladə vəziyyət elan olunduqdan sonra Siciliyada iqtisadi vəziyyətin pisləşməsi və sosial mediada bəzi silahlı qruplaşmaların mağazalara hücum hazırlığında olduğuna dair əldə etdiyi kəşfiyyat məlumatı hökuməti bu addımı atmağa məcbur edib.

Rəsmilər həyati əhəmiyyətli qida və tibbi ləvazimat çatışmazlığının mafiya tərəfindən doldurulmasından narahatdır.

Ölkənin “La Stampa” qəzetinə açıqlama verən Palermo bələdiyyəsinin sədri Lolusa Orlando çox sürətlə hərəkət etməli olduqlarını, əks halda, gərginliyin zorakılığa çevrilə biləcəyini deyib.

Son məlumatlara görə, İtaliyada 105 min 792 nəfər koronavirusa yoluxub. 12 min 428 nəfər dünyasını dəyişib, 15 min 729 nəfər sağalıb.

Share: