İran-Türkiyə qaz boru xəttində partlayış: Yanğın…

İran-Türkiyə qaz boru xəttinin Türkiyənin “Gürbulaq” sərhəd-keçid məntəqəsi yaxınlığından keçən hissəsində partlayış olub.

Axar.az xəbər verir ki, nəticədə güclü yanğın baş verib.

Yanğın o qədər güclü olub ki, ətraf kəndlərdən də görünüb. Hətta alovların 40 metrə kimi yüksəldiyi bildirilib.

Partlayışın hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil.

 

Müstəqil.Az

Share: