“Cəmiyyətin xoşbəxt etdiyi ağıl evlilikləri!..” – Aysel Fikrət yazır…

Cəmiyyətin xoşbəxt etdiyi ağıl evlilikləri !

Günəşi süni gecə lampasına dəyişənlərin yaşayışı …

Günəş nəyə lazımdır ?Əsas reallıqdır,ev ,iş ,uşaq başqa bir şey lazım deyil bizə .Varmı bunlar ?Ürəyinə tupurdüyünüz insanları yavaş yavaş yoxa çıxarın.

Sevgi? Güldürmə məni .Sevgi lazımsızdır..Evlənmək lazım olanda, səni qəbul edən birini tap.Vəziyyəti yaxşıdırsa razılaş.İşin yoxdu ,özü hər şeyi yoluna qoyacaq .Əsas baş ağrısı verməsin .Sakit qızdı, vəssalam .Danışa bilsəm danışaram, bilməsəm kitab oxuyaram .Hörmət edəcək, bəsimdir…Uşaq olsun əsas ,anam sevinsin, bəsimdir .
Əşşi nə sevgi .Ər əsas evə pul gətirsin ,anası dünyanı tutub durmayacaq ki ,..

Evdə qoca nənəsi var , kefdəsən ki, bir az keçsin, ev sənindir .

Bir az başdan xaraba oxşayıre, deyirlər .Əşşi, cəhənnəmə, kişi olsun .Özü çöldə olsun, qazancı evdə.Nə deyirəm hələ ki edir .Yaxşıdı, yavaş- yavaş hər istədiyimi edəcək.Bir uşaq da oldumu. vəssalam.

Sevgi, əşşi əsas o məni sevir .Ölüre, nə sevir ?

Ay qız ,nə dedim odur .Bir az hörmət edərəm .Dalıma minməyəcək ki..Yaşayarıq gedər .Əsas toy paltarım qəşəng olsun .Stola güllər düzəcəm ,otağı bəzəyəcəm .Hər şey yaxşı olacaq ,hər şey…

Azərbaycan düşüncəsində toy və evlillik modeli .Sanki müharibə meydanıdı.Hər iki tərəf öz arzusunun piyadasıdı.Sevgi aladadıcı sözlərdən ibarətdir .Məsələnin təməlini pul idarə edir .Pul xərcləyən tərəf kişi tərəf olmalıdır .Təzə qohumluq məqamları hörmət və camaat nə deyərə köklənir .Bir ömür də bu yalandan təməl götürür.Gedib həqiqətlə gec üzləşən cütlük ,artıq ayılanda uşaqlar, ev hər şey öz -özünə qurulmuş olur .Ayrılmaq da olmur.El- aləm ,cəmiyyət bir sevgisiz, susqun ailənin təməlini qoyurlar .El birliyi ilə iki nəfəri də bədbəxt edirlər.Çünki artıq evlənmək ,doğmaq ,valideyn olmaq şərtdir .
Olmalıdır .
Doğmayan qadın deyil ,ata olmayan yəqin ki kişi deyil ,Niyə evlənmir, yəqin üzüqaralardandı ,a bəlkə saxladığı var ,ya da əksinə indi dəbdi axı ,Bu niyə ərə getmir axı ,Ay balam bunun əri hanı ,yəqin o söz ,yox inanmaram ,Yuz faiz ,Əri görmür bunları ,Yanındakı kimdi, onun ,nəyidi ? , Ay qız nə danışırsan ,ayıb olsune, ayıb …əsas toy- büsatdı ,vur çatlasın .Boy- boy şəkillər …

Elçi gedən qaynana sanki getdiyi evin rentgen aparatıdı.Hər danışığı incələyir .Oğlunun başının ətini yavaş yavaş yeməyə başlayır .Bir az keçir qız o gözəl itilənmiş buynuzlarını qaldırır.Ailə səadəti üçün, hər şeyinin yerli yerində olması üçün mübarizəyə başlayır .Sonra bir müddət keçir .Nişan ərəfəsi hər şey gül və gülüstan şəraitində keçir .Yeni tanışlıqdan başı gicəllənən oğlan indiyə qədər illərlə sevdiyi anasının fitvasıyLa, evlənə bilmədiyi o gözünün yaşını sildiyi ,gözlə taktikayla geri dönəcəyəm deyib aldatdığı qızı belə unudur ,gülümsəməyə başlayır .Əşşi kefdi ki .Toy ərəfəsi, müharibə şəraiti yavaş yavaş elan olunur .Tərəflər silahlanır .Yaxşı adam olsalar hansısa hansınısa yola verir .Əsində evlilik tutma pamidoru xatırladır .Yəni hər şey ola bilər ,özünüzü lap elə də qorxutmayın ..
Xoşbəxt olun .

Toydan sonra xüsusi dəstə rəhbəri- yəni qaynana xalçaçırpanı gəlinə uzadır .Gəlin mütləq tüklü məxmər zamoklu xalatda olmalıdı .Bu gəlinin peşə geyimidir,başlamalıdı xalça çırpmağa ,işbacarmaz olsa, bir də əri sevməsə onu qanı getdi .Qaynana ən ağır iş rejimində üç smen onu işlədəcək .Ta ki həyatdan bezib özü çıxıb gedənə qədər.
Əksinə də olur .Qız sevgi hiss etməsə də ağıl və zəkası ,hiyləsi ilə evi də, qaynananı da ,əri də ələ alır .Və gizlin medalını qazanır .Evi ələ keçirə bilən gəlin artıq ağır rütbə qazanır .Ona zaval yoxdur .O getdi qabağa .Bütün hallarda riya ,təzyiq ,xəyanətlə üzləşilir .
Kimsə əziyyət çəkir .Əziyyət çəkən sonradan maariflənən bədbəxtdir .Mən sizə necə olmalıdr deməyəcəm .Çünki qadınların hiyləsi ,kişilərin taktiki bicliyi hələ bütün dəqiq elmlər kimi tam kəşf olunmayıb ..
Söhbət cəmiyyətdən gedir .O həmişə xoşbəxt və ətrafın həyatının içinə çöküb yaşayan bəzi aqzıgöyçəklərdən …

Həmişə həyatlarında hər şey guya dürüst və gözəldir .Özü də hədsiz təmiz adamlardı .Özgə həyatına burnunu soxmaqdan “Buratinoya” oxşayırlar ..Tədbirlidirlər,nə qədər üzücü də olsa deməliyəm ki ,o adamların sayəsində dünya fırlanır .Onların qorxusuyla yaşayan manqurtlar ,ailə belə qururlar .Və oz yalanlarlna inanıb xoşbəxt olurlar .Əslində isə iki bir- birini sevən insan uzun -uzadı tanışlıqdan sonra evliliyə ikisi qərar verib birgə yaşamalıdr .Toy günü də onların ikisi üçün gözəl olmalıydı .

Ay binəvalar, bir- birinizi az bədbəxt edin .Həyat siz görduyunuz və bildiyiniz deyil ….Yenə də deyim ki, bacarığınıza heyranam, sevgisiz ağlınıza quzu kəsim .O sevgisiz bir birnizin yanında gülümsəyən riya göz yaşlarınıza heyran olsunlar .Ay allah, o olmayan xoşbəxtliyinızə qurbanlar kəsilsin .

Mənim ağılsız aşıqlərim .Uşaq da sevgidən doğulmasa olarmış ..Cəmiyyət sevginı dedi- qoduya çevirir ,sənə də ,nəticəyə ,gördüyünə səcdə edir .Qoşulun, axına gedin ..

Gedin, gözüm sizi görməsin.Ətiniz tökülsün .

Əsas Günəşi göydə hiss etmək deyil.Əsas gecə lampasıdı .Onu söndürün !

AYSEL FİKRƏT

La imagen puede contener: una o varias personas, bebida y comida
Share: