Azərbaycanda maska istehsal edən müəssisə işə başlayır

Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq.

Müstəqil.Az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır.

“Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200-210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var”, – deyə İbrahim Məmmədov əlavə edib.

Share: