“Çindən gətirdiyimiz dərmanlar xəstələrin 11-14 gün qalma müddətini 4 günə endirəcək”

Türkiyə Çindən koronavirusun müalicəsi ilə bağlı xüsusi dərmanlar gətirib.
Mia.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.
O bildirib ki, bu sabah gətirilən dərmanlar  reanimasiyada olan xəstələrə vurulacaq: “Bu dərman reanimasiya rejimində xəstələrin 11-14  gün qalma müddətini 4 günə endirəcək”.
Nazir bildirib ki, virus hazırda Türkiyənin demək olar ki, bütün bölgələrini əhatə edir.
Share: