“El-plastik” MMCdən Koronavirusla Mübarizəyə dəstək

Sumqayıtda fəaliyyət göstərən “El-plastik” MMC Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılan “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 20 (iyirmi) min manat maddi vəsait köçürüb.

Müstəqil.Az bildirir ki, MMC-nin rəhbəri Gülağa Abişov bununla bağlı aşağıdakıları söyləyib:

– “Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edirik, bütün vətəndaşları dövlətin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırırıq”…

Müstəqil.Az

Share: