İspaniyada fövqəladə rejimin vaxtı uzadılacaq

Baş nazir Pedro Sançez qarşıda çətin günlərin olduğunu bildirib

İspaniya rəhbərliyi “Covid-19” virusuna qarşı mübarizə tədbirlərini davam etdirmək məqsədilə fövqəladə rejimin vaxtını daha 15 gün uzatmağı nəzərdən keçirir.

REALxəbər verir ki, Baş nazir Pedro Sançez xalqa video müraciətində qarşıda onları hələ çətin günlərin gözlədiyini bildirib.

“Virus ölkənin bütün resurslarını, iradəmizi və bir cəmiyyət olaraq müvazinətimizi sınayır. Fövqəladə tədbirlər görməyə gücümüz var. Əgər bunu etsək, qısa müddətdə əvvəlki həyat tərzimizə qayıda bilərik. Lakin bunu etmirik” – deyən Sançez görülən tədbirlərin çevikliyini tənqid edib.

O, silahlı qüvvələrin də öz fəaliyyətlərini gücləndirəcəyini vurğulayıb.

Pedro Sançez: “Lazım gələrsə, silahlı qüvvələr xəstələrin xəstə ilə dolu xəstəxanalardan digərlərinə hava və ya quru ilə köçürülməsini təmin edəcəklər”.

İspaniyada fövqəladə vəziyyətin vaxtı uzadılarsa, bu, müəssisələrin daha bir ay fəaliyyətsiz qalacağı deməkdir.

Qeyd edək ki, İspaniya Çindən sonra virusun ən çox yoluxduğu 4-cü ölkədir.

Share: