Karantini pozan nazir müavini işdən azad edildi

Boliviya Baş naziri karantin qaydalarına riayət etməyən Nəqliyyat nazirinin müavinini işdən azad edib.

Müstəqil.Az xəbər verir ki, bu barədə mediaya açıqlamasında hökumət rəsmisi Arias Duran bildirib.

Qeyd olunub ki, işdən azad edilən nazir müavini və bir neçə vətəndaş 20 mart günü səhər tezdən La-Pasadakı barlardan birində yaxalanıblar.

Duran bildirib ki, nazir müavini təkcə karantini deyil, həmçinin Prezidentin “7 gün 24 saat krizisə qarşı mübarizə” ilə bağlı təlimatını pozub. Belə ki, nazir müavinləri də yaradılan Fövqəladə Kabinetə daxildirlər.

Qeyd edək ki, vaxt uzadılmasa, Boliviyada fövqəladə vəziyyət 31 marta qədər davam edəcək.

Müstəqil.Az 

Share: