Dünya təhlükədə, Bakıda isə qadınlar “at oynadır”

Özünü feminist adlandıran bir qrup qadının məlum 8 Mart yürüşü zamanı lentə alınan bir foto diqqətimi çəkdi: Qadın polislər qadınları “başı aşağı” halda aparırdı… Dəhşətli foto idi.

Feminizm – qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkatdır.

XVIII əsrdə əvvəlcə Şimali Amerikada, sonralar 1789-1799-cu illərdə “Böyük Fransız inqilabı” zamanı Fransada yaranan qadın hərəkatı olub. Həmin illərdə feminizm hərəkatına qoşulan qadınlar haqq-ədalətin bərqərar olması və qadın haqlarının heç bir halda pozulmaması naminə fərqli qadın təşkilatlarında birləşməyə başlayıblar.

Bizim “feministlər” kimlərdir və nə istəyirlər?

Azərbaycanda feminizm “lgbt”ni əlində bayraq edən, bir sürü mənasız şüarlar səsləndirən rəngli saçlılardan, cırıqşalvarlıların əlindəki plakatlardan ibarət imiş. Təəssüf.

Onlar nə istəyir: özləri də bilmir – aksiyada iştirak edən “hicablı” təsdiqləyir.

Gələk, 8 Mart yürüşünə…

Utanaraq izlədim. Aralarında nə normal qadın var idi, nə də kişi; nə fikir var idi, nə də tələb.

Əsas şüarlardan biri: “Vagina mənimdir, kimə istəsəm, verərəm” (fikirlərimi izah etmək üçün yazmaq məcburiyyətindəyəm – red.)

Axı bunu küçədə qışqırmaq nəyə lazımdır ki? Düzünü deyin, evdə valideynlərinizə danışmısınızmı, izah etmisinizmi istəklərinizi? Hansı əngəllər var? Niyə azadlığınızı beldən aşağı çərçivələmisiniz? Budurmu istəyiniz?

İndiyə kimi hansı boşanmış qadına sahib oldunuz? Zorakılığa məruz qalmış hansı qadına dəstək oldunuz? Döyülən, söyülən, alçaldılan minlərlə qadın varkən nə etdiniz?

Təhsildən yayındırılan hansı qıza təhsil verdiniz, hansı imkansızın təhsil haqqını ödədiniz? İnsan alveri qurbanına çevrilmiş qadınlar üçün nə etdiniz? Nə edirsiniz?

Çoxunuz bəlkə heç qadın da olmamısız. Ümumiyyətlə, qadın nədir, bilirsinizmi? Qadına həqiqətən nə lazımdır, bilirsinizmi?

Siz öncə qadın kimi geyinməyi, qadın kimi rəftarı, danışığı, incəliyi, zərifliyi, füsunkarlığı öyrənin! Geyindiyiniz cırıq şalvarlar, rəngli saçlarınız, əlinizdəki o rüsvayçı şüarlarla qadınların belindən aşağıda dayanan başınızı-beyninizi yuxarı qaldırın, dikəlin, dünyaya Allahın sizin yaratdığı kimi, başınızla baxın, başqa yerinizlə deyil!

Bakıda “vagina müdafiəsi”nə qalxanlar, bir az da Allahın sizə verdiyi və heç vaxt istifadə etmədiyiniz beyninizə üz tutun, fikir qoyun, ideya verin!

Vallah, mən bu sözləri yazmağa belə utanıram, sizsə qışqıraraq tələb edirsiniz.

Siz özünüzün bəlkə də ən böyük azadlığınızı – qadın olmaq azadlığını elə öz gününüzdə məhv etdiniz! Özünüzü elə öz gününüzdə alçaltdınız. İndi hansı cəmiyyətdən, hansı kişidən, hansı haqla nəsə tələb edəcəksiniz?

Gedin, şüarlarınızla tələb etdiklərinizin hamısını edin. İnanın, kimsə mane olmayacaq. Çünki bu cəmiyyətə yalnız bu yolla “xidmət” edə bilərsiniz.

Bədbəxtlər!

P.S. Neftin qiyməti sürətlə düşür, dünya ciddi iqtisadi təhlükə ilə üz-üzədir. Bu qadınların “dərdinə” baxın…

Siz sabah bir evin başçısı olacaqsınız, axı siz ana olacaqsınız!

ANA – bu addan utanın!

Turanə Məmmədli

Share: