İtaliyada koronadan ölənləri sayı buna görə çoxdur

İtaliyada koronavirusdan ölüm səviyyəsinin çox olması ölkədə yaşlı əhalinin çoxluq təşkil etməsiylə bağlı ola bilər.

Müstəqil.Az Axar.az-a istinadla xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında İtaliyanın Səhiyyə nazirinin müavini Pyerpaolo Sileri deyib.

“Koronavirusdan ölənlərin 42%-ni yaşı 80-dən yuxarı olanlar təşkil edir. Ümumilikdə isə əhalinin 7%-nin yaşı 80-dən yuxarıdır. Bu da İtaliyada əhalinin uzunömürlü olduğunu göstərir”, – deyə o bildirib.

Qeyd edək ki, Sileri özü də koronavirusa yoluxub. Onunla müsahibə elektron poçtla həyata keçirilib.

 

Müstəqil.Az

Share: