BƏT-dən bəd proqnoz: 25 milyon adam işsiz qalacaq!

Yeni tip koronavirus (KOVİD-19) epidemiyası səbəbindən dünya üzrə 25 milyondan çox insan işsiz qalacaq.

Müstəqil.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının KOVİD-19-un təsirləri ilə bağlı yayımladığı hesabatda qeyd edilib.

“2008-2009-cu illərdə maliyyə böhranı zamanı olduğu kimi beynəlxalq koordinasiyalı müdaxilə planı tətbiq etsək, o zaman qlobal işsizliyə ciddi təsir göstərə bilərik. Hökumətlər təcili şəkildə bunun üzərində çalışmalıdır”, – deyə bildirilib.

 

Share: