Bakıda Metronun fəaliyyəti dayandırılır? – RƏSMİ AÇIQLAMA

Ölkədə koronavirus təhlükəsi ilə əlaqədar ciddi məhdudlaşdırıcı tədbirlər həyata keçirilsə də, vətəndaşların ən çox istifadə etdiyi metroda sərnişinlərin sıxlığı müşahidə olunmaqdadır. Bu isə virus təhlükəsindən ehtiyatlanan insanlara əlavə stress yaşadır. O baxımdan, mümkün riskləri önləmək üçün məhdudlaşdırıcı tədbirlər çərçivəsində Metropolitenin fəaliyyətinin dayandırılması ehtimalı xeyli güclənib.

BAKU.WS xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Yenicag.az”a açıqlamasında bu məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, Metropolitenin fəaliyyətinin dayandırılması hələ ki müzakirə olunmur: “Metropolitendə dezinfeksiya və gündəlik profilaktik tədbirlər ciddi nəzarət altında həyata keçirilir. Tədris prosesində fasilə elan olunduğu üçün hazırda sərnişin sıxlığı müşahidə olunmur.

“Bakı Metropoliteni” QSC ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah arasında müntəzəm və sıx şəkildə əlaqə qurmaqla, müvafiq məsləhətləşmə, müzakirə və fikir mübadiləsi aparılır, bütün lazımi məlumatlar təqdim olunur.

Qərargahın və aidiyyətli səlahiyyətli strukturların tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur”.

 

Müstəqil.Az

 

Share: