İspaniya Baş nazirinin həyat yoldaşı koronavirusa yoluxdu

İspaniya Baş naziri Pedro Sançesin həyat yoldaşı Begonia Qomez koronavirusa yoluxub.

Müstəqil.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Monkloa sarayında baş nazirə yaxın insanların qanı təhlil edilib: “Təhlillərin nəticəsində Baş nazirin həyat yoldaşı Begony Qomezin koronavirusa yoluxduğu aşkarlandı”.

Qeyd olunur ki, hazırda həm Qomez, həm də Baş nazirin vəziyyəti yaxşıdır. Onlar sarayda tibb işçilərinin nəzarəti altındadır.

Share: