MM-in bu komitələri koronavirusa görə iclas çağırdı

Sabah Milli Məclisdə Səhiyyə və Hüquq siyasəti komitələrinin birgə iclası keçiriləcək.

Müstəqil.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli bildirib.

“Sabah (16 mart) Milli Məclisdə Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası olacaq. Koronavirusla bağlı ölkəmizdə hazırki durum və görülən tədbirlər müzakirə olunacaq. Səhiyyə Nazirliyinin rəsmiləri də gələcəklər”, – millət vəkili qeyd edib.

 

Share: