“Mənə gözəl pay düşüb , gedim , Allah gözləyir …”- Aysel Fikrət

Yerimə sevdiyin qız

Bu gün yuxudan oyandım,ruhum canımdan uçmuş,
Yaman yorğun göründün, bu gün də yuxusuzsan?
Yerimə sevdiyin qız sənsiz yaman darıxır,
Gözlərinə qəm çöküb, səndəmi darıxırsan ?

O yazıq ,məsum qızın ürəyi burnundadı,
İndi nə zaman, necə , gəlib çıxarsan nə vaxt?
Onun da arzuları ruhunun qoynundadı
Uçur- uçur havada, olmur bir türlü rahat .

Sənsə heç yaxşı düşmür, mənə görə üzülmə,
İndi ona lazmsan ,onda axı həyat var.
Ümid ondan boylanlr, güllər o yanda açır,
Onda bir sevgi payı,arzulu toy büsat var.

Bizim evimiz ,bizim yarım qalan arzular,
Görəsən sıxmayacaq ürəyini o qızın?
Uçuq- sökük daxmanın saralmış divarLarı,
Necə axı çəkəçək onun gül üzlü nazın…

Mən dağıtdığım evi necə gəlib düzəcək,
Yerə səpələdiyim ümidlərim havada…
Mənim dərdimi yerdən dənləyibmi yeyəcək
Necə xoşbəxt olacaq o sərçə qız yuvamda ?

Sevgi sözlərimizin hansı düşəcək ona,
Ahın hansı payından çəkib gedim sevinə.
Bəlkə sarılım ona ,xeyir- duamı verim ,
Xoş gəldin ,heç vaxt mənim ola bilməz evimə.

Saçlarına sevgiylə güllər düzüb həsrətdən ,
Yenə də yalan deyib özün də inanırsan?
Üstəlik zəng edirsən, susursan səsi gəlsə ,
Sonra zarafat edib, guya ki aldadırsan .

Yığ ,sil,süpür həsrəti, sil pəncərəsin zülmün,
Güllər ək bu bağçada ,gülüstan et,sərçə qız.
Göz yaşımdan güc alıb , cənnətə döndər evi.
Yaraların üstündə dünya qur, ay külçə qız .

Bilirsən, sən rahat ol, gözlərini qaçırtma,
Yerimə sevdiyin qız ,səni çox əzizləyir.
Hər kəsin bir payı var, sən nə edəsən buna
Mənə gözəl pay düşüb , gedim , Allah gözləyir …

 

Aysel Fikrət

Müstəqil.Az

Share: