Gənc şair Vüsal Yurdoğlu “Bətülü” təqdim edəcək…

 

Müstəqil.Az bildirir ki, gənc,istedadlı şair Vüsal Yurdoğlunun yeni şeirlər kitabı nəşr olunub.

Vüsal Yurdoğlu (Vüsal Teymur oğlu Dadaşov) 11 iyul 1988-ci ildə Xaçmaz şəhərində anadan olub. Vaxtilə Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Yaradıcılıq fakültəsinin, Azərbaycan Yazıçılar Birliyinin 3-cü Gənc Ədiblər Məktəbinin məzunudur.

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür.

2018-ci ildə “Azəri” nəşriyyatında müəllifin “Mən möcüzə gözləyirəm” adlı ilk şeirlər kitabı çap olunub.

Şeirləri “Ulduz” dərgisində, “Xəzan” jurnalında, bir çox qəzetlərdə, saytlarda müntəzəm olaraq dərc olunur.

Mücrü” nəşriyyatında işıq üzü görən “BƏTÜL” şairin oxucularla ikinci görüşüdür.

15 mart 2020-ci il, saat 16:00-da “Azərkitab Kitab Təbliğat Mərkəzində”  kitabın təqdimat mərasimi və imza günü keçiriləcək.

Qəlbi ədəbiyyat eşqi ilə döyünən bütün poeziyasevərləri Vüsal Yurdoğlunun söz dünyası ilə yaxından tanış olmağa dəvət edirik.

 

Şairə yaradıcılıq uğurları arzulayırıq.

 

Müstəqil.Az

Aysel Səfərli

Share: