Gənc şair Esmira Günəşin tərtib etdiyi “Günəşin Nuru” və “Sevgi damlası” antologiyası təqdim ediləcək…

“Günəşin Nuru” layihəsi ilə bölgələrimizi qarış-qarış gəzib istedadlı gənclərə dəstək olan gənc şairə Esmira Günəş “Sevgi damlası” adlı yeni bir layihəsi ilə yenidən gəncləri bir araya toplamağı bacardı.
Öz ənənəsinə sadiq qalan şairə yeni layihəsində bölgələrdə yaşayan gənc şairlərin yaradıcılığını işıqlandırmışdır. “Sevgi damlası” antologiyasında nəinki bölgələrdə eləcə də xarici ölkələrdə yaşayan bəzi şairlərin iki sevgi şeiri nəşr olunaraq, gənclərin sevgiyə fərqli yanaşmaları, fərqli düşüncələri oxucuların ixtiyarına buraxılmışdır.
“Sevgi damlası” antologiyasında Anar Boluslu Əlioğlu Goranboydan, Adnan Şahin Adanadan, Aslan Tərtərli Tərtərdən, Aslan Türksoy Qəbələdən, Aynur Dərya Qəbələdən, Ayşən Rəhim Mingəçevirdən, Ceyhun Adiloğlu Şəkidən, Ceyhun Şirvani Şirvandan, Ehtibar Məxfi Bakıdan, Eltəkin Hümbət İstanbuldan, Elza Məmmədova Əmircandan, Elvin İntiqamoğlu Sumqayıtdan, Esmira Günəş Gəncədən, Fatimə Səhhətqızı Salyandan, Həsən Kür Salyandan, Xalidə Abdullayeva İrandan, Xosrov Barışan Təbrizdən, İlkin Cahid Təkləli Cəlilabaddan, İmran Aşiq Şirvandan, Kənan Ziya Şəmkirdən, Lalə Abdullaqızı Qəbələdən, Nahidə Elman Şirvandan, Natiq Dəniz Şamaxıdan, Orxan Məmmədov Tərtərdən, Ömər Səmədov Qəbələdən, Səbuhi Səfəroğlu Masallıdan, Səriyyə Yaşar Naxçıvandan, Valeh Qoca Bərdədən, Vüsal Ümidli Füzulidən, Yadigar Təvəkgül Kürdəmirdən, Yeganə xanım Göygöldən iştirak edib.
Kitab “Təknur” nəşriyyatında yüksək keyfiyyətlə çap olunub.
Xatırladaq ki, martın 18-i saat 12:00-da Bakı şəhəri “Ensklopediya kitab mərkəzi”ndə yenicə fəaliyyətə başlamış “Sirlər xəzinəsi” kitab təqdimat məkanında Esmira Günəşin təşkil etdiyi “Günəşin Nuru” və “Sevgi damlası” antologiya layihələrinin təqdimatı olacaq.
Həmçinin oxucular layihələrdə iştirak etmiş digər şairlərin (Esmira Günəşin “Sevgi sarayı”, “Qadın güldür, bacarsan güldür”, Gilə Əliqızının “Dünyada əmanətəm”, Səbahəddin Məmmədovun “Bumeranq”, Mirşən Xəyalın ” Şeirlərimin qadını” ) şəxsi kitablarını da imzalı əldə etmə şansı qazanacaqlar.
Yeni kitab münasibiəti ilə  şairləri təbrik edir, uğurlarının davamını diləyirik.

 

Müstəqil.Az

Share: