Tom Henks və arvadı da koronavirusa yoluxdu

Məşhur Hollivud ulduzu, aktyor Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub.

Müstəqil.Az Kult.az-a istinad edərək xəbər verir ki, bu məlumatı aktyor öz Tvitter səhifəsində paylaşıb. O, hazırda həyat yoldaşı ilə Avstraliyada olduğunu bildirib. Henks daha çox bədən ağrılarından şikayət etdiklərini və həyat yoldaşının temperaturunun qalxdığını açıqlayıb.

Onların Qold-Kost şəhərində müalicə aldıqları qeyd edilib.

Müstəqil.Az

Share: