Azərbaycanda 4-cü sinif şagirdi oğlan özünü öldürdü

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, rayonun Sarxanbəyli kəndində 2009-cu il təvəllüdlü N.S özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib.

Onun asılı vəziyyətdə qalan meyitini ailə üzvləri aşkarlayıblar.

Bildirilir ki, intihar edən 11 yaşlı oğlanın anası 4 il əvvəl vəfat edib. O, orta məktəbin 4-cü sinfində oxuyurmuş.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Share: