“Həyatın aldatdığı qadınlara bayram təbriki yoxdu .Onları başqa adla çağırırlar çünki…” -Aysel Fikrət…

Qadın ola bilməyənlərə bayram təbriki

Üzüntüsü gözlərindən tökülən bir qadının sözüdür. Adamın bu bayramda lap qadın olmağı gəlir … Yalnız küçədə satıcı qadınların gözlərindəki qəm onu demir.Bu gün hamı bir cür kövrək…

Səhər açılan kimi, köhnə unudulmuş insanların təbriki xəzan kimi üzünə tökülən tənha qadınlar.Mən onların pəncərəsindən içəri doluşan meh olmaq istərdim .Unudulmuş qadınlar ,yuva qura bilməyən ,isti ocağı ola bilməyən qadınların yanında olmaq istəyirəm. Ana ola bilməyən qadınlar .Mən onlara övlad olmaq istəyirəm .Saçlarına tumar çəkmək istəyirəm …

Həyat nədir ki . Qadın yarandıq deyə dünyaya üsyan edəcək halımız yox ki …Bu həyat üç günə sığmayan bir yuxu deyilmi? İnsan quyunun dibində belə insan qala bilirsə,özünü pisliklərdən xilas edə bilirsə ,demək ki alidir .Yaşamaq bacarmaqdır.Səhərini gözəl açıb, gecəsini vicdanla yuxuya getməkdir .

Eh kimə deyirəme…Ürəyində qubarından gecə yata bilməyən ,qocalığından gizlənən,şəkillərində gülümsəyə bilməyən qadın ruhunu ağrıtdılar sənin . Sənə nə bayram? Saçlarının rəngini dəyiş ,gözlərinin rəngini dəyiş ,ürəyinin rəngi dəyişməyəcək .Çünki səndən keçib getdilər .Həyat daha şirin gəldi bəzilərinə.Sənin gözlərindən əziz bir yerləri olmayanlar dünyavi oldular birdən. Sil gözlərinin yaşını, bax günəşin acısı onun şüasındadı . Həmişə sevgisindən boylanmır ki pəncərənə ?Biz nə bilirik, o nə çəkir indi .

Tərk edilmiş qadınların bayramı olmur axı .Onlar tərk edildikləri ,unudulduqları gündən başqa bütün günləri təqvimdən siliblər . Tərk edildikləri gün ölüblər onlar .Hər tərəf xatirə ,xəyal dağılmış evdə yalnız vurnuxmaq kimi böyük bədbəxtlik yox .Canı sızlayır adamın ..Düşünmək belə üzüntü .Yalan qoxusu gələn divarları döyəcləyir,sevdikləri gəlmir ki gəlmir . Etmə deməyə belə yoxdular .Əlimdə deyil, həyat bu !- deyib çıxıb gediblər .Bu qədər .

Sən, bəs özünə yer tapmayan Ana ,övlad qayğısından məhrum, laqeyd övladlarından küskün ,evinin səs- küyünə həsrət ,sınıq bir çarpayıda uzanmış ,soyuqda əsim- əsim əsən ,isidirmi gözlərinin nəmi səni ?..

Darıxma, qurban olum!Bir azdan mütləq kimsə gələcək ,Ya nəvən ,ya oğlun ,heç üzmə özünü, gözəl anam ,analar unudulmaz .

Bəs qocalar evindəki analar .Bəs onlar ?Hə, bax onlara övlad olmağa dəyər . Ən dəhşətlisi cəmiyyətin öldürdüyü ,udduğu qadınlardı .Bilmirəm aldanılmış qadınların üzünə necə baxım …Onlara niyə aldandınız belə deyə bilmirəm .Ağıllarının elə bir məqamında yaşayırlar ki  hamısının ciddi həkimə ehtiyacı var .Həyatın aldatdığı qadınlara bayram təbriki yoxdu .Onları başqa adla çağırırlar çünki .Onlara Qadın demirlər ,Ana demirlər .Mən həmişə düşünmüşəm cəmiyyətin ,kütlənin ,pisliyin məhv etdiyi qadınları…

Çünki hamının bir məsum başlanğıcı var ..

Bəs nədən onları zaman bu qədər məhv edib? Onların üzlərində olan boyalardan yuyundurub gözlərinin qəmini silmək istəyirəm .Ürəklərində olan yaraları təmizləmək ,hamısını Allaha yaxınlaşdırmaq istəyirəm.Tövbə qapısı hər zaman açıq ..demək istəyirəm..

Bax bu gün mən onları düşünürəm .Yerinin içində tükürpədici üzüntüylə ağlayan qadınları…Bəzən aşırı təmizlikdən ,paklıqdan danışanlar ruhumu qaraldır .

İnsan yoxundan ,dərdindən doğulmasa insan ola bilmir axı .Cəmiyyətin qara düşünən pak adamları, imkan verin insanlığa, ölməsin .. Nə olar ki onları bu yoldan çəkindirək?Axı onları barmaqla göstərib ilk ləkə atan da cəmiyyətin özüdür ,indi günbəgün məhv edən də .Onların ürəyi ,ruhu olmur.Dillərində kin ,nifrətin yaratdığı söyüşlər kimi kirlidi dünyaları. Nə edək onlar üçün,nə ?. Bir də mən istəmirəm mənim məmləkətimdə ikinci qadınlar olsun .

Heç kimin həyatında məşuqə olmayın ,sevginizi əlinizlə sökün atın ..Əgər bu vacibdirsə sevgisiz qalın .Yalnız evdə ərinin yolunu gözləyən o qadını da, özünüzü də məhv etməyin ..Qadınlar, özünüzə yalan danışmayın .Əsas özünüzə .Məşuqələr, sizin bir gün əvvəl bayram təbrikini gözləməyiniz ürəyimi daraldır .Mən hamını öz yerində görmək istəyirəm .Ən çox da qadınları.Çünki onlar çox ali varlıqlardır . Bu istəklər o qadınlar üçündür ki onlar yaşamağa çətinlik çəkir .Mən onların gözünün yaşını silib bağrıma basıram .Keçəcək deyirəm ..

Qadınlar, ilk siz yarandınız .Yaradan sizi tək bildi .Sizdə dünya yaratdı .Siz getdiyiniz yerlərə işığı da, qaranlığı da ötürə bilən varlıqlarsız .Siz ümidsiniz .Həyatınızı oğurluq yaşamayın !Tək qadın yoxdur .Missiyanızi ötürüb gedəcəksiniz.Hər kəsin varlığının önəmi var .Bunu unutmayn .Nə qədər acı da olsa Bayramınız mübarək .

Aysel Fikrət

( O da bir qadln ) Görüntünün olası içeriği: gökyüzü ve bulut

Müstəqil.Az

Share: