Nazlı Dilbər Çələbi “İblisin məşuqəsini” təqdim edəcək…

Müstəqil.Az xəbər verir ki,tanınmış həkim,yazıçı Nazlı Dilbər Çələbinin növbəti kitabı çapdan çıxıb.

Nazlı Çələbi “Sevginin sehri” , “888” , “Ağ xalatlı ölüm mələyi” , “Qanlı düşərgə”, “Xəyanətin dadı” adlı dedektiv romanların da müəllifidir.

İblisin məşuqəsi” adlı roman müəllifin sayca 6-cı kitabıdır.

Martın 7-də saat 15:00 -da Milli Hüquq Evində ( N.Nərimanov m/s yaxınlığında ) kitabın təqdimat mərasimi və imza günü keçiriləcəkdir.

Bir çox şeirlərə öz gözəl qiraəti və ifası ilə yeni ruh verən istedadlı yazıçının  yeni kitab sevincini paylaşmaq istəyən,sözə-sənətə dəyər verən hər kəs bu tədbirə dəvətlidir.

 

Savadlı həkim, istedadlı yazıçı Nazlı Çələbiyə yaradıcılıq uğurları arzulayırıq.

 

Aysel Səfərli

Müstəqil.az

Share: